Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ENGİN GÜNEYSUNUN “RADİO SARAJEVO” FOTOKİTABININ TƏQDİMATI

10 Fev 23

YARAT Müasir İncəsənət Məkanı fotoqraf Engin Güneysunun “Radio Sarajevo” fotokitabının təqdimatına dəvət edir. Tədbirdə fotokitabın yaranma tarixindən, əsərlərin arxasında dayanan hekayələrdən və fotoqrafın təcrübəsindən bəhs ediləcək.


Engin Güneysun “Radio Sarajevo” fotokitabı layihəsinə 2012-ci ildə start verib. 5 fəsildən ibarət fotokitab, keçmiş Yuqoslaviyadan tutmuş indiki Bosniyaya qədər (Sarayevo-1984 Qış Olimpiyadası, Bosniya müharibəsi, Srebrenitsa qətliamı, Duje Reabilitasiya Mərkəzi, müasir Bosniya) dövrü əhatə edir.


Engin Güneysu (d.1981, Türkiyə) – 2004-cü ildən fotoqraf karyerasına “Cena” Reklam Agentliyində fotoredaktor kimi başlayıb, həmçinin “Agence Le Journal” Fotoqrafiya və Multimedia Agentliyində 5 ilə yaxın fotoqraf vəzifəsində çalışıb.

Onun fotoəsərləri bir çox müsabiqələrdə mükafatlara layiq görülüb, onların arasında Türkiyədə keçirilən Beynəlxalq National Geographic Yarışması (ikinci yer, 2008). Onun fotoşəkilləri 2011-ci ildə açılan Türkiyənin Fotoqrafiya Muzeyinin daimi kolleksiyasına daxil edilib. Hal-hazırda müxtəlif jurnallarda fotoredaktor kimi fəaliyyət göstərir.


Tarix: 10 fevral, 2023

Saat: 19:00

Dil: Türk

Məkan: YARAT Mərkəzi


Qeydiyyat üçün linkə daxil olun
https://cutt.ly/m3uQvng

COVID pasportunun olması mütləqdir

Yüklənir