Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

GƏNC MEMAR UCAL QORÇU İLƏ AÇIQ MÜHAZİRƏ

09 Fev 23

Memar və urbanist Ucal Qorçu tərəfindən aparılacaq mühazirədə, memarlıq və incəsənət arasındakı fikir mübadiləsini təhlil etməyə və bu suallara cavab tapmağa çalışacayıq.


“Memarlıq – gözəllik və funksiyanallıq vəhdət əsasında tərif olunur”. Bu bəyanat qismən doğru olsa da, memarlığın sənət tarixindəki rolunu tam olaraq əks etdirmir.


Qədim Roma memarı və yazarı Mark Vitruvinin firmitas, utillas, venutas (davamlılıq, faydalılıq, gözəllik) kateqoriyalarından artıq 2000 il keçib, amma cəmiyyətimizdəki memarlıq diskursu hələ də, klassisizmə tabe olanlar (üstünlük verənlər) və tarixi tamamilə inkar etmək istəyənlər arasında qalıb. Memarlıq tarixi nəyə lazımdır? Hal-hazırdaki kreativ seçimlərimizin konteksti anlamaq üçün tarixə sinxronoptik baxış bizə necə kömək edə bilər? Memarlığın sosial funksiyasının incəsənət ilə əlaqəsi nədir? Əsrlər boyunca memar personası necə dəyişib və incəsənət xadimləri bu imicə necə təsir göstərir? Memarlıq diskursundan xəbərdar olmağın başqa kreativ təbəqələr üçün faydası nə ola bilər?


Tarix: 9 fevral, 2023

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Yaş məhdudiyyəti: 16+

Dil: Azərbaycan dili


Mühazirədə iştirak qeydiyyat ilədir

Yerlərin sayı məhduddur.

COVID-pasportun olması zəruridir.


Əlavə məlumat üçün: 050 246 92 92

Yüklənir