Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MÜHAZİRƏ: ƏJDƏR BABAZADƏ FEMİNİST ARXEOLOGİYASI

14 Sen 23

YARAT Müasir İncəsənət Məkanı sizi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçirilən “Çəhrayı-Qara” sərgisi çərçivəsində eksperimental arxeoloji laboratoriyasının rəhbəri,  arxeoloq Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” adlı mühazirəyə dəvət edir.


Tədbir boyunca, sərgidə nümayiş olunan paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu,  anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs ediləcək. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışılacaq, hipotez və paradiqmalar təhlil ediləcəkdir.


Əjdər Babazadə 2018-ci ildən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi fəaliyyətə başlayıb, 2022-ci ildə isə öz eksperimental arxeologiya laboratoriyasını yaratmışdır. Bir çox elmi məqalələrin müəllifidir. O, Azərbaycanda, həmçinin Yaponiya və Türkiyədə mühazirələrlə çıxış etmiş, arxeoloji qazıntı və araşdırmalar, habelə çöl tədqiqatları proseslərinə qatılmışdır.


Tədbir sonunda kiçik sual-cavab sessiyası da baş tutacaqdır.


Tarix: 14 sentyabr, 2023

Tıme: 19:00

Dil: Azərbaycan

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)


Giriş sərbəstdir.


Əlavə məlumat üçün: +99450 251 41 15

Yüklənir