Aprel 2024

SÜNİ İNTELLEKT MÜASİR İNCƏSƏNƏTDƏ: ALƏT VƏ YA TİTAN?

02 Noy 23

İncəsənət və texnologiyanın vəhdəti heç vaxt bu qədər cazibədar olmamışdı. Rəssam və mütəxəssislər Süni intellektin müasir incəsənətdəki dərin təsirini araşdırmaq üçün toplaşırlar. Qonaqlar insan yaradıcılığı və Sİ innovasiyası arasında inkişaf dinamikası haqqında debat aparacaqlar.


Tədbirin iştirakçıları multidistiplinar rəssam Orxan Hüseynov və texniki elmlər doktoru, professor Rafiq Əliyevdir. Görüşün moderatoru insan-robot ünsiyyəti üzrə mütəxəssis Maral Qurbanzadədir.


Orxan Hüseynov rəngkarlıq, instalyasiya, video və digər media sahələrində fəaliyyət göstərir. O, yaradıcılığının son illərində Süni intellekt vasitəsi ilə bir sıra əsərlər yaratmışdır.


Texniki elmlər doktoru Rafiq Əliyev informatika və idarəetmə, Süni intellekt, qeyri-səlis məntiq və kompüter proqramlarına həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.


Maral Qurbanzadə insan-robot ünsiyyəti üzrə mütəxəssisdir. Niderlandın Leyden Universiteti Kompüter Elmləri İnstitutunu (LIACS) magistr dərəcəsi ilə bitirib. O, süni intellektin və insanabənzər robotların insan cəmiyyətinə təsirini araşdırır.


2 noyabr, 18:00

YARAT Mərkəzi (2-ci mərtəbə, MFR)

Giriş sərbəstdir

Yüklənir