Aprel 2024

PANEL MÜZAKİRƏ: YARADICI SƏNAYEDƏN NECƏ PUL QAZANMAQ OLAR?

20 Dek 23

"Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən Azad Mirzəcanzadə inkişaf proqramı davam edir.


Tədbirin məqsədi yeni imkanlardan istifadə etmək bacarığı, cari problemlər üçün yaradıcı həllər tapa bilən, davamlı gələcəyə doğru səy göstərə bilən, tənqidi düşüncə və çevik, innovativ yanaşmalara malik olan 18-35 yaşarası daha çox fəal və dəyişikliklərə açıq insanların proqrama qatılmaq üçün ətraflı məlumat vermək.
İştirakçılar üçün "Yaradıcı sənayedən necə pul qazanmaq olar?" mövzusu üzrə panel müzakirə aparılacaq.

Panelin qonaqları: "Azərxalça" ASC kreativ direktoru – Əsmər Babayeva, Bakı Media Mərkəzinin içraçı direktoru – Orman Əliyev və Azərbaycanın əməkdar rəssamı – Rəşad Ələkbərov 
Müzakirənin moderatoru: YARAT Müasir İncəsənət Məkanının təhsil şöbəsinin meneceri – Mələk Bayramlı

20 dekabr, 19:00
YARAT Mərkəzi
Tədbirə qeydiyyatdan keçmək üçün profildəki linkə daxil olun
Ətraflı məlumat üçün: 0508887101

Yüklənir