Aprel 2024

LONDON CARMEN MÜKAFATI (JARMAN AWARD) FİLMLƏRİNƏ BAXIŞ

20 May 15

YARAT Müasir İncəsənət Məkanı Film Klubu sizi məmnuniyyətlə Britaniyanın nüfuzlu Carmen mükafatına namizədliyi irəli sürülmüş filmlərin baxışına dəvət edir. Hər proqram baxışının sonunda rejissor Benedikt Dryu ilə yaradıcılıq barədə təəssüratları ilə açıq müzakirədə bölüşmək imkanı olacaq. Filmlərin nümayişi Britaniya Şurasının (British Council Azerbaijan) dəstəyi ilə təşkil edilmişdir.


HƏRƏKƏTLİ ŞƏKİLLƏR: SƏNƏTKAR FİLMLƏRİ 

FİLM LONDON – CARMEN MÜKAFATI (JARMAN AWARD)

XX əsrin sonlarının ən təzadlı və eksperimental Britaniya sənətkarlarında biri olan Derek Carmenin şərəfinə adlandırılmış Film London - Carmen mükafatı Britaniya kino sənətkarları arasında təxəyyül ruhunu tərənnüm edən illik mükafatdır. Bu mükafat yeniçilik və üstünlüyü ifadə edərək ənənəvi düşüncələrə qarşı çıxan əsərlərə təqdim edilir.

Hazırda yeddinci ilini qeyd edən Film London - Carmen mükafatı Britaniyanın müasir hərəkətli şəkillər (film) təcrübəsini təmsil edən əsərlərdən ibarət kataloqa malikdir. Film London və Britaniya Şurası (British Council) Carmen mükafatının qısa siyahısına daxil edilmiş filmlərin nümayişi üçün seçmə proqramını tərtib edərək əməkdaşlığa başlamışdır. 

Carmen mükafatının bir çox məqsədləri var: müəlliflərin istedadına investisiya etmək və onlara heç bir təzyiq göstərmədən eksperimentlər aparmaq imkanı təqdim etmək. Mükafat, bir vaxtlar öz dövrü üçün mütərəqqi olan Carmen ənənəsinə sadiq qalaraq, diqqəti bizim dövrümüz üçün mütərəqqi hesab edilən kinematoqrafçılara yönəltməyə çalışır.

Səyyar proqram Ed Atkinsın, Endrü Köttingin, Elizabet Praysın, Laure Prouvostun, Con Akomfrahın əsas əsərlərini əhatə edir. 


20 may, 2015

YARAT Müasir İncəsənət Mərkəzi (Multifunksional zal)

Səbail rayonu,  Bayıl (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan


Filmlər ingilis dilində, Azərbaycan dilinə sinxron tərcümə ilə nümayiş etdiriləcəkdir


Giriş sərbəstdir


 

Yüklənir