Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: KƏNAN MUSAYEV ZAMAN ADLI QATAR

14 Mar 17

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 


Zaman adlı qatar / 2016 / Azərbaycan / 60 dəq. / Drama / Rəngli


Rejissor: Kənan Musayev

Rollarda: Həmidə Ömərova, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Ayan Babayeva, Ayaz Salayev, Murad Məmmədov, Könül Nağıyeva, Suğra Bağırzadə, İlham Əsgərov


Bir-birini çox sevən gənc evli cütlük - İradə və Fuad gözlənilməz müsibətlə üzləşirlər. İradə ağır xərcəng xəstəsidir. O, müalicə üçün Moskvaya yollanır. Bakıda isə onların beş yaşlı qızları Zeynəb və Fuadın anası Sənubər səbirsizliklə onlardan xoş xəbərlər gözləyirlər. Balaca Zeynəb anası ilə tez tez Skayp vasitəsi ilə əlaqə saxlayır və İradə öz qızına tezliklə dönəcəyini vəd edir.

Eyni zamanda gənc və istedadlı müğənni Leyla beynəlxalq musiqi müsabiqəsinə hazırlaşır. İradə məşhur olmag niyyətindədir. Bu iki qadını mistik zahiri oxşarlıq birləşdirir. Onların hətta səsləri də bir birinə bənzəyir. İradənin müalicəsi fayda vermir o Moskvada vəfat edir və Fuad Bakıya dönür. Amma ölüm xəbərini Zeynəbə kim və necə desin?


14+


Film Azərbaycan dilində nümayiş etdiriləcək.


Tarix: 14 mart, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir