Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: NATİQ RƏSULOV İKİNCİ GÜLLƏ

28 Fev 17

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

28 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs–1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı filminin təqdimatıdır. Qalib ssenarinin müəllifi və filmin quruluşçu rejissoru Natiq Rəsulovdur. Filmdə sosial problemlər önə çəkilərək bəzi adətlərin fəsadları əks olunub.


İkinci güllə / 2016 / Azərbaycan / 15 dəq / qısa film / rəngli


“İkinci güllə” filmi bir Azərbaycan kəndində, toy gecəsində baş verən əhvalatı danışır. Kənddə, toy gecəsinin nəticəsini bütün sakinlərə bildirmək üçün “iki güllə” adətindən istifadə olunur. Kiçik bir səhv üzündən işlər planlaşdırıldığı kimi getmir və qəhrəmanlar çətin situasiya ilə üz-üzə qalır.


Filmin prodüseri Nəriman Məmmədov, quruluşçu operatoru Kirill Gerra, icraçı prodüseri Emin Quliyevdir. Ekran əsərində Əməkdar artistlər Vidadi Həsənov, Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, aktyorlar Manaf Dadaşov, Elmin Bədəlov, Elgün Həmidov və Leyli Vəliyeva çəkiliblər.


Film azərbaycanca nümayiş etdiriləcək


Tarix: 28 fevral, 2017-ci il

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir