Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: MURAD ABİYEV KÖHNƏ BAKI ÖLMƏYİB

21 Fev 17

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

21 fevral 2017-ci il tarixində rejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” adlı filmi təqdim olunacaq.


Köhnə Bakı ölməyib / 2013 / Azərbaycan / 17 dəq. / qısa film / rəngli


Film həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qəhrəman keçmişin, köhnə Bakının ritmi ilə yaşayır. Müasir həyat onun üçün mövcud deyil. O, səhər oyanır, yeyir-içir, çimir, küçəyə baxır, İçərişəhərin küçələrini dolaşır, xatirələrə dalır, dükana alış-verişə gedir. Günlərin birində evində hardansa qəribə məxluq peyda olur. Onlar söhbətləşir, mübahisə edir və bu qəribə məxluq qəhrəmanın daxili senzurasının sədd çəkdiyi istəklərini dilə gətirir. Qəribə məxluq Ağarəhimi keçmişindən ayırıb indiki zamanın ritminə kökləmək istəyir. Əhvalat onunla bitir ki, çağırılmamış qonaq ev sahibinə arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir.


Film Azərbaycan dilində nümayiş olunacaq


Tarix: 21 fevral, 2017

Saat: 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


 

Yüklənir