Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: EMİL QULİYEVİN 5 QISAMETRAJLI FİLMLƏRİN NÜMAYİŞİ

14 Fev 17

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

14 fevral 2017-ci il tarixində rejissor Emil Quliyevin 5 qısametrajı filmlərini təqdim edirik. Film «Art Film Baku» kinokompaniyası tərəfindən çəkilib. Layihənin prodüseri Sərdar Məlikməmmədovdur.


ÜMİD / 2016 / Azərbaycan / 8 dəq. / qısametrajlı / rəngli

Hal-hazırda dünyada 50 milyon qaçqın yaşayır. Həmin insanlar yeni həyat şəraitini qururlar, becərdiyi məhsullarla qidalanırlar, yenidən sevməyə öyrənirlər, övlad doğub-böyüdürlər və qürbətdə yaşamağa çalışırlar. Onlar keçmişlə gələcək arasında həyat keçirlər, amma ümidlərini itirmirlər. Doğma torpaqlarına qayıtmaq inamın tamam tükəndiyi zaman onlar balaca karton qutusunu hədiyyə alırlar...


PARADOKS / 2016 / Azərbaycan / 7 dəq. / qısametrajlı / rəngli

Təbiətdə pul dövriyyəsi haqqında olan köhnə lətifənin film versiyası.


ÇAYPULU / 2016 / Azərbaycan / 2:48 dəq. / qısametrajlı / rəngli

Bir müddət böyük insan kimi yaşamaq arzusunda olan balaca qız haqqında qısametrajlı film.


LAL SKRİPKA / 2016 / Azərbaycan / 5:27 dəq. / qısametrajlı / rəngli

Ekran əsəri köhnə bakılı tərəfindən nəql edilən dələduzlar dəstəsi haqqında hekayə (real hadisələr) əsasında lentə alınıb.


ANA ÜÇÜN AĞLA / 2016 / Azərbaycan / 5:27 dəq. / qısametrajlı / rəngli

Qısametrajlı bədii film məsuliyyətsiz valideynlər mövzusu haqqındadır.


Filmlər Azərbaycan dilində nümayiş etdiriləcək.


Tarix: 14 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir