Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: QN UŞAQ KİNO MƏKTƏBİNİN ŞAGİRDLƏRİNİN QIZIL TOY FİLMİNİN NÜMAYİŞİ

13 Dek 16

YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində 13 dekabr 2016-cı il tarixində "QN" Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş “Qızıl toy” adlı filmi təqdim edir.


Gızıl Toy / 2015 / Azərbaycan / 20 dəq / Komediya / Rəngli


Artıq bir ildir fəaliyyətə başlayan "QN UKM" ilk uşaq kino məktəbinin əsas məqsədi Azərbaycan kinosuna balaca peşəkarlar bəxş etməkdir. Məktəbin fəaliyyəti kino ilə adi tanışlıq səviyyəsində deyil, ssenari yazılmasından tutmuş qrim çəkilməsinə qədərdir.

Məktəbdə aktyorluq fənnindən əməkdar artist Pərviz Məmmədrzayev, aktrisa Yana Nikitina, jurnalistikadan Feliks Vişnevetski, prodüserlikdən Vüqar Əliyev, kino tarixindən Nəsimi Əliyev, musiqidən Mədinə Babayeva, psixologiyadan Yeganə Kələntərli, operatorluqdan Nicat Fərəcov, daha əvvəllər isə Nadir Mehdiyev, rejissorluqdan Samir Kərimoğlu, montajdan Rəşad Manafov, fotodan Elona Artamonova, rəqsdən Ellada Süleymanova, dekorasiyadan Məmmədağa Hacıbəyov, kostyumdan Aygün Mahmudova və s. dərs deyir.

Animasiya və praktika Qalib Mirzəliyevin rəhbərliyi altında keçir. Kastinqlər zamanı bir çox şirkətlər məhz "QN" Uşaq Kino Məktəbinə müraciət edirlər. Məktəbin yetirmələri "Şər qarışanda", "Ailə bir ağacdır" kimi filmlərdə, eləcə də reklam çarxlarında çəkilib, hazırda bir neçəsi film çəkilişlərində iştirak edirlər.

"QN" Uşaq Kino Məktəbinin şagirdləri artıq iki film çəkiblər: “Qızıl toy” və "Birləşmə".


Nyu-York Film Akademiyasının nümayəndəsi Cek Nyuman Bakıya səfəri zamanı məktəbə baş çəkib və xaricdə belə məktəblərin demək olar ki yox səviyyəsində olduğunu bildirib, belə məktəbin fəaliyyət göstərməsini alqışlayıb və yaradıcı heyətə müvəffəqiyyətlər arzulayıb. 


Film azərbaycan dilində nümayiş olunacaqdır.


Tarix: 13 dekabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir