Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: MURAD İBRAHİMBƏYOVUN FİLMLƏRİN NÜMAYİŞİ

29 Noy 16

Noyabrın 29-da YARAT Mərkəzində rejissor və ssenarist Murad İbrahimbəyovla yeni görüş baş tutacaq. Bu dəfə sizə qonağımızın iki filmini – “Adi əhvalatlar” komediyası və “Obyekt №1” kino-novellasını nümayiş etdirəcəyik.

 


Adi əhvalatlar / 2000 / Rusiya / 15 dəq. / Komediya / Ağ-qara


Film Mixail Zoşenkonun hekayələrinin motivləri əsasında ekranlaşdırılıb və baş qəhrəman – elektromontyor Vasili İvanoviç Myakişevin (akt. Vladimir Steklov) obrazı ilə bağlı bir neçə novelladan ibarətdir.


Obyekt № 1 / 2009 / Rusiya / 20 dəq. / Qısa film / Rəngli


“Obyekt №1”in qəhrəmanları ecazkar, əfsanəvi Moskvanın qüllələri və şpillərində bəzək əşyalarının gözəlliyinə nəzarət edən iki mifik təmir işçisidir. Onlar kosmonavtlar kimi geyiniblər, hətta sovet antikliyi çarlığında öz yüngüllüyünü hiss edirlər. Obyektin üzərindən sovet bayrağının qırmızı ləkəsini götürmək lazım gələrkən onlardan biri yerə yıxılır. Digəri isə arzusunu həyata keçirə - “Obyekt №1”ə düşə bilir – və budur, o, əsl Yuri Qaqarin siması kimi böyük Kreml ulduzunun qanadı ilə addımlayır və onun yaqut parıltısında əriyərək, daim xoşbəxtliyin bərqərar olduğu yerin qapısına daxil olur.  

2009-cu ildə film Beynəlxalq Venesiya Kinofestivalının proqramına daxil olub.


Murad İbrahimbəyov 1965-ci ildə Bakıda anadan olub. 1989-cu ildə Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir (İ. Talankinin studiyası). 1991-ci ildən etibarən “İbrus” kino şirkətinin müstəqil prodüseridir. 1995-ci ildən etibarən reklam sferasında çalışır və bir neçə reklam çarxının müəllifidir. 1997-ci ildən etibarən “Yeralaş” ("Ералаш") kinojurnalı üçün süjetlər çəkir.


Filmlər rus dilində, ingilis subtitrləri ilə nümayiş etdiriləcək


Tarix: 29 noyabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir