Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: MURAD İBRAHİMBƏYOV ÜÇ QIZ

22 Noy 16

22 noyabr 2016-cı il tarixində YARAT Film Klubu sizi rejissor, aktyor və prodüser Murad İbrahimbəyov ilə görüşə dəvət edir. Xüsusi olaraq, kinosevərlər üçün, M. İbrahimbəyovun "Üç qız" filmi ilə açılacaq kiçik retrospektivini hazırlamışıq. 


Üç qız / 2007 / Azərbaycan, Rusiya / 90 dəq. / Komediya / rəngli


İkinci dünya müharibəsi: Krakov muzeyindən rəsm əsəri oğurlanır. Bundan sonra, ehtimal edilən oğrunu tapmaq üçün, Şimali Afrikaya xəfiyyə göndərilir. Rəssam Zanzaren dəniz kənarında balaca kənddə yaşayır və həmişə dəniz sahilində 3 çılpaq qızı əks etdirən rəsmlər çəkir.

Tədqiqatlar öz axarı ilə gedir və 2-ci dünya müharibəsinin sonunda Şimali Afrikada cərəyan edən hadisələr, çağdaş Bakıda baş verən hadisələrlə üst-üstə düşür. Üç sinif yoldaşı tamamilə fərqli mühitlərdə böyüyürlər. Gena milisioner, Cambo oğru, Maf isə yerli kriminal qruplaşmanın lideri olur. Üç rəfiqə - Maya (rəssam), Plyuşa (tələbə) və Səbinə (idman klubunda işçi) artıq 10 ildir ki, idman atıcılığı ilə məşğul olurlar. Onlardan hər biri, öz məhəbbətini özünəməxsus şəkildə axtarır. Filmin qəhrəmanları, Zanzaren ilə görüşməli və onun sirrini öyrənməlidirlər...


Film 4-cü Avrasiya Beynəlxalq Kino Festivalı və Bakıda keçirilmiş 8-ci Şərq-Qərb Kino Festivalının iştirakçısıdır. Bundan əlavə, film "MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi" kateqoriyasında "Nika" mükafatına layiq görülüb.


Murad İbrahimbəyov 1965-ci ildə Bakıda anadan olub. 1989-cu ildə Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir (İ. Talankinin studiyası). 1991-ci ildən etibarən “İbrus” kino şirkətinin müstəqil prodüseridir. 1995-ci ildən etibarən reklam sferasında çalışır və bir neçə reklam çarxının müəllifidir. 1997-ci ildən etibarən “Yeralaş” ("Ералаш") kinojurnalı üçün süjetlər çəkir.


Film rus dilində, ingilis subtitrləri ilə nümayiş etdiriləcəkdir. 


Tarix: 22 noyabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir