Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: DENİZ GAMZE ERGÜVEN MUSTANQ FİLMİ

15 Noy 16

YARAT Film Klub müxtəlif janrlarda olan filmləri nümayiş etdirməyə davam edir. Bu dəfə isə, noyabr ayının 15-i sizi, Fransa və Türkiyə rejissoru Deniz Gamze Ergüvenin “Mustanq” adlı bədii filminə baxmağa dəvət edirik. 


Mustanq / 2015 / Fransa, Türkiyə, Almaniya / 97 dəq. / dram / rəngli


Bu filmi, adətən Sofiya Koppolanın debüt filmi olan "İntiharçı bakirələr" (The Virgin Suicides) ilə müqayisə edirlər. 

Hadisələr Türkiyənin cənub-şərqində, kənd yerində cərəyan edir. Filmin qəhrəmanları, valideynlərini itirmiş, doğma nənə və əmisinin himayəsində olan  Lale, Nur, Ece, Selma və Sonay adlı bacılardır. Mühafizəkar qohumlar, qızların namusunu qorumağı və onları uğurla ərə vermək üçün əllərindən gələni edirlər. Hekayənin dönüş nöqtəsi, çimərlikdə uşaq dəcəllikləri ilə başlayaraq, sonradan ailənin şərəf məsələsinin "silkələnməsi" və ardıcıl məcburi nikahların baş verməsi ilə müşayiət olunur. Film həm Türkiyə, həm də Azərbaycanda aktual olan qadın (qız) seksuallığının boğulması mövzusuna toxunur

Filmin seyrindən sonra, yerli ekspertlərin iştirakı ilə kiçik müzakirə gözlənilir. 


Film türk dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.


12 +


Tarix: 15 noyabr, 2016

Saat: 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir