Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: YEKATERİNA TELEQİNA KÜLƏYİN ANİ ŞİDDƏTİ

01 Noy 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

1 noyabr 2016-cı il tarixində Rusiya rejissoru Yekaterina Teleqinanın “Küləyin ani şiddəti” adlı qısametrajlı filmi təqdim olunacaq.


Küləyin ani şiddəti / 2009 / Rusiya / 23 dəq. / Qısametrajlı / Rəngli


Adi insanın bir günü. Bütün bəşəriyyət onun əleyhinə olduğu bir gün. Onun həyatını dəyişən gün. Birdən küləyin qopduğu gün. Hamımıza çatışmayan bir gün.


Rejissor və aktrisa Yekaterina Teleqina Rusiyanın Omsk şəhərində anadan olub. O, F.M. Dostoyevski adına Omsk Dövlət Universitetinin “Mədəniyyət və incəsənət” fakültəsində təhsil alıb. 2004-cü ildə Internews.m Kino və Televiziya Məktəbini, 2009-cu ildə isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin “Rejissor” fakültəsini (V. Xotinenko və V. Fençenkonun emalatxanası) bitirib. Bir sıra filmlərin, o cümlədən: “Küknarlar-3” (2013),  “Vidalaşma vərdişi” (2013), “Valehedici gəzinti” (2016) kimi ekran əsərlərinin rejissorudur.

“Küləyin ani şiddəti” adlı qısametrajlı filmi bir çox beynəlxalq festivalların mükafatlarına layiq görülüb, o cümlədən: Müqəddəs Anna 2010 (Ən yaxşı film), KİNOTAVR 2009 (Operator ustalığına görə Münsiflər heyətinin Xüsusi Diplomu), Moskva Beynəlxalq Kino Festivalı 2009 (Tələbələr üzrə Qran-Pri), DEBÜT FİLMİ 2009 Moskva Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (Ən yaxşı film), ARTKİNO 2009 (Tamaşaçılar rəğbəti mükafatı).


Film rus dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.


Tarix: 1 noyabr, 2016

Saat: 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir