Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: İMAM HƏSƏNOVUN MÜQƏDDƏS İNƏK

18 Okt 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

18 sentyabr 2016-cı il tarixində rejissor İmam Həsənovun “Müqəddəs inək” adlı filmi təqdim olunacaq.


Müqəddəs İnək / 2015 / Azərbaycan, Rumıniya, Almaniya / 77 dəq / Sənədli film / Rəngli


Film dəyişiklərlə adət-ənənələrin balansını saxlaya çalışan kişinin hekayətidir. 

Tapdıq – Lahıcda yaşayan fermerdir. O, möcüzəli bir inək barədə eşidib hesab edir ki, bu ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaqda yardım göstərəcək. Arzusu inəyi almaq və adını Madonna qoymaqdır. Amma nə ağsaqqallar, nə kəndin sakinləri inəyin gətirilməsini istərmirlər. Onlar hesab edirlər ki, onun südündə "yadelli maddələr" var. Hətta onun arvadı Vəfa belə qəribə cinsin qayğısına qalmaq istəmir. 

Film müasir Azərbaycan kənd həyatını, sakinlərin mentalitetini göstərir. Bir inəyin misalında yeniliklər və dəyişiklərə yanaşmasını təsvir edir. 

Film Amsterdamda IDFA „First Appearance Competition”, Torontoda Hot Docs – „World Showcase”, Praqada One World və daha bir neçə beynəlxalq festivalda iştirak etmişdi. 

Bakıdan başqa, film Sumqayıt (oktyabrın 8-zi), Mingəçevir  (oktyabrın 13-çü), Gəncə, Quba, Lənrəkan, Lahıc, Quba və İvanovkada nümayış olunacaq.


Production companies: Fine Art, Kloos və Co, Conset Film

Web səhifə: www.holycowfilm.com

Produser: Andra Popescu

Cinematography: Sarvar Javadov

Editor: Philipp Gromov

Səs: Jalil Mamadov

Musiqi: Le Trio Jourban


Rollarda: Majid Abbasov, Khanali Huseynli, Vafa Huseynli, Murtuza Murshudov


Film Azərbaycan dilində nümayiş olunacaq.


Tarix: 18 sentyabr, 2016

Saat: 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir