Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: BENJAMİN RİNİN MAQNUS SƏNƏDLİ FİLMİ

06 Sen 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

6 sentyabr 2016-cı il tarixində norveç rejissoru Benjamin Rinin “Maqnus” adlı filmi təqdim olunacaq.


Maqnus / 2016 / Norveç / 30 dəq. / Documental / Colour


Rejissor Bencamin Ri tərəfindən çəkilən  "Maqnus" sənədli filmi, 25 yaşlı norveç şahmatçısı və mütləq dünya çempionu, "Şahmatın Mosartı" adlandırılan məşhur Maqnus Karlsenin şəxsiyyətinə həsr olunub. Uzun illər boyu rejissorlar müasir dahilərin daxili dünyalarına daxil olmağa can atırlar.

Şahmatçının uşaqlıq illərinin ən uğursuz məqamlarından ən ciddi nailiyyətlərinə qədər keçdiyi həyat yolunu əks etdirən "Maqnus" filmi hər bir tamaşaçıya igidlik, qəhrəmanlıq etməyə ilhamlandırır.


"Maqnus" - hər şeydən əvvəl, dünyanı qabaqlamış və böyüklüyə, dahiliyə yol açmış gənc oğlanın unikal həyat tarixçəsidir.


Film İngilis dilində nümayiş olunacaq.


Tarix: 6 sentyabr, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir