Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: EMİN ƏFƏNDİYEV HƏDİYYƏ

30 Avq 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

30 avqust 2016-cı il tarixində rejissor Emin Əfəndiyevin “Hədiyyə” adlı filmi təqdim olunacaq.


Hədiyyə / 2015 / Azərbaycan / 30 dəq. / Dram / rəngli


Film yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.


Ssenari müəllifi Yusif Şeyxov

Quruluşçu rejissor Emin Əfəndiyev

Quruluşçu operator Elman Əliyev

Quruluşçu rəssam Şahin Həsənli

İcraçı prodüser Vüsal Abbasov

Prodüser Müşfiq Hətəmov

Baş rollarda Şamil Süleymanlı, İlahə Həsənova, Qorqud Cəfərli


Emin Əfəndiyev 1987-ci ildə Azərbaycanda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Universitetinin incəsənət & mədəniyyət fakültəsini bitirmişdir. O, 2007-ci ildə birinci mükafatına START tələbə kinofestivalında təltif olunmuşdur.


Film Azərbaycan dilində nümayiş olunacaq.


Tarix: 30 Avqust, 2016

Saat: 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


 

Yüklənir