Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: TƏLƏBƏ FİLMLƏRİNİN NÜMAYİŞİ

16 Avq 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi 16 avqust 2016-cı il tarixində baş tutacaq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Məhəmməd Nəsirli və Orxan Rüstəmlinin çəkdikləri qısametrajlı filmlərinin nümayişinə dəvət edir.


Ümid / 2016 / Azərbaycan / 5 dəq. / Rəngli


Rejissor: Məhəmməd Nəsirli


Filmdə gənc oğlan tərəfindən qocaman veterana qarşı hörmətsizlik baş verir. Bu xoşa gəlməz hadisədən sonra veteran çox məyus olur və keçdiyi müharibə dövrünü, cavanlıq illərini yada salır...


Həqiqət / 2016 / Azərbaycan / 23 dəq. / Rəngli


Director: Orkhan Rustamli 


"Həqiqət" filmi Qarabağ müharibəsi mövzusundan bəhs edir. Bakıdan Qarabağa gələn Mustafa adlı jurnalist baş verən hadisələri xalqa və dünyaya çatdırmaq istəyir, amma onun müharibə zonasına gəlməsinə hərbiçilər etiraz edirlər. Lakin Mustafa öz işi və mərdliyi ilə göstərir ki, vətənin dar günündə bir əlində silah, o biri əlində kamera tutub, döyüşmək gərəkdir.


Hədiyyə / 2016 / Azərbaycan / 6'20 dəq. / Rəngli

Rejissor: Orxan Rüstəmli


"Hədiyyə" filminin qəhrəmanı, hələ körpə ikən atasını itirən 10 yaşlı Murad həyatın bütün çətinliklərini öz kiçik çiyinlərində daşıyır. Yataq xəstəsi olan anasına və özündən kiçik bacısına baxır və qayğıkeşlik edir. Həmyaşıdlarından fərqli olaraq bu balaca oğlan məktəbə getmir. Ailəsinə yardım etmək üçün küçədə salfet satıb, pul qazanır və hətta bacısının arzusunu da həyata keçirir.


Filmlər Azərbaycan dilində göstəriləcək


Tarix: 9 avqust, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir