Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: TAİSİA DEEVA SAŞARUSLAN FİLMLƏRİNİN NÜMAYİŞİ

02 Avq 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi 2 avqust 2016-cı il tarixində baş tutacaq britaniyalı rejissor Taisiya Deevanın “Saşa” və “Ruslan” adlı iki qısametrajlı filminin nümayişinə dəvət edir. Nümayiş artıq kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubu çərçivəsində təşkil olunur.


Saşa / 2015 / Rusiya, Almaniya / 23 dəq / qısa film, dram / rəngli


Rejissor: Taisia Deeva (Rusiya)


Rollarda: Daria Proşina, Aleksander Dzyuba, Oksana Qolubeva, İrina Braqina, Nataliya Ryjix, Ed Dvinski


“Saşa” qısametrajlı filmi (2015) “Leeds” Beynəlxalq Film Festivalı çərçivəsində “Oscar Qualifying short film programme” daxil olmaqla 10-dan çox beynəlxalq film festivallarının müsabiqə proqramlarında nümayiş etdirilmişdir.

On yaşlı qızcığaz Saşa boşanmış valideynlərinin tezliklə barışmasına ümid bəsləyərək, hər ikisi ilə yaxşı münasibət saxlamağa çalışır. Amma onun ailə haqqında məsum xəyalları atası və onun yeni sevgilisi ilə birlikdə piknikə getdikləri vaxt alt-üst olur. 


Ruslan / 2014 / Rusiya, Almaniya, Böyük Britaniya / 10 dəq. / qısa film, drama / rəngli


Rejissor: Taisia Deeva (Rusiya)


Rollarda: Yaroslav Efremenko, Olqa Bityuzkaya, Maria Korableva, Uliana Lukina, Vladislava Barışeva, Alina Efremenko, Lena Pyrina, Vika Tyaqunova 


“Ruslan” filmi beynəlxalq qısametrajlı film festivallarında müxtəlif mükafatlar qazanmış və dünyada 30-dan çox festivalda nümayiş etdirilmişdir. Film, həmçinin, 2014-cü ildə “Austin” Film Festivalında nümayiş etdirilmiş və “Ən yaxşı tələbə qısametrajlı filmi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Altı yaşlı Ruslanı nənəsi qəbiristanlığa aparır. Qəbiristanlıqda Ruslan öz yaşında bir uşağın qəbrini görür. Nənəsinə həyat və ölüm haqqında suallar verib istədiyi cavabları almadıqda o, yeni biliklərini qonşuluqdakı uşaqlarla bölüşməyə tələsir.


Taisiya Deeva London yerləşən Met Kino Məktəbinin “Kinorejissor” fakültəsini təhsil alıb.


Filmlər rus dilində ingilis altyazıları ilə nümayiş olunacaqlar.


Tarix: 2 avqust, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


 

Yüklənir