Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: GEORGİY OVAŞVİLİ QARĞIDALI ADASI

26 İyl 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 26 iyul 2016-cı il tarixində rejissor Georgiy Ovaşvilinun “Qarğıdalı adası” adlı filmini təqdim edirik.


Qarğıdalı adası / 2014 / Gürcüstan / 100 dəq. / Drama / Rəngli


Rejissor: Georgiy Ovaşvili (Gürcüstan) 


Rollarda: İlyas Salman, Mariam Buturişvili, İrakli Samuşia, Tamer Levent


2014-cü ildə ekran üzü görmüş filmin beynəlxalq premyerası Karlovı Varı şəhərində keçirilən kino festivalında baş tutmuş. Film həmin festivalın "Büllur qlobus" Baş mükafatına layiq görülüb. Həmçinin "Qarğıdalı adası" filmi Gürcüstanı təmsil edərək Amerika Kino Akademiyası 87-ci "Oskar" mükafatının "Xarici dildə ən yaxşı film" nominasiyasının ilkin qısa siyahısına daxil edilib. 


Filmin baş qəhrəmanı, ahıl yaşlı abxaz yeganə nəvəsini “zalım” dünyadan xilas etməyə qərar verir. Qızcığazı mühafizə etmək, onu qəddar insanlardan qorumaq üçün, pozğun və əxlaqsız həyatdan uzaq, dinc həyatın hökm sürdüyü, hər şeyin öz axarında və düzgün şəkildə davam etdiyi sığınacaq axtarmaq arzusu ilə o nəvəsi ilə birgə çay boyu yola düşür. Onlar sığınacaqlarını yay daşqınları nəticəsində yaranmış adada tapırlar. Qoca koma tikir, torpağı şumlayır, qarğıdalı əkir. Sakitcə yaşanmış hər günə sevinir, qarğıdalıların və nəvəsinin necə böyüdüyünü müşahidə edir. Qocanın və onun on altı yaşlı nəvəsinin dincliyini pozan gürcü sərhədçisi adada peyda olanadək onların əmin-aman həyatına heç kim təhlükə yaratmır... 


Georgiy Ovaşvili 14 noyabr 1963-cü ildə Mtsxeti şəhərində (Gürcüstan) doğulmuşdur. Politexnik İnstitutunda (1981-1986) təhsil almışdır. 1996-cı ildə Ş. Rustaveli adına Tiflis Teatr İnstitutunu bitirmiş və 2006-cı ildə Nyu-York Kino Akademiyasının məzunu olmuşdur, Hollivudda "Universal" studiyasında təcrübə keçmişdir. Teatrda aktyor qismində çalışdığı müddətdə Georgiy uşaqlar üçün tamaşalara quruluş verib. Həmçinin reklam agentliyinin rəhbəri olub.


Film gürcü dilində ingilis subtitrləri ilə göstəriləcək


16 +


Tarix: 26 iyul, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

TREYLER

Yüklənir