Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: OQTAY MİRQSIMOVUN TƏLƏBƏLƏRİNİN FİLMLƏRİNİN NÜMAYİŞİ

19 İyl 16

Əziz kino həvəskarları!

YARAT Film Klub müxtəlif janrlarda olan filmləri nümayiş etdirməyə davam edir. Bu dəfə isə, iyul ayının 19-u, sizin hər birinizi kinorejissor, ssenari müəllif və prodüser Oqtay Mirqasımovun iştirakı ilə keçirilən görüşə dəvət edirik. Həmçinin tədbir zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissor” fakültəsinin tələbələrinin biri-birindən maraqlı qısametrajlı filmləri də nümayiş olunacaq


Qısametrajlı filmlər:

 “Sanki”- rejissor Nəzrin Bayramova

“Hökm”-  rejissor Kərim Azərsoy

“Səs”- rejissor Dariuş Nəcəfli Göl


Oqtay Mirqasımov - 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Təhsilinin başa vurduqdan sonra Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasına işləməyə başlayır. 50-dən artıq bədii və sənədli filmlərin quruluşçu rejissorudur, o cümlədən:  “Ovsunçu” (2003), “Mən kitabımı başlayıram” (2006), “Günaydın, mələyim!” (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) və b. Filmləri bir çox  Beynəlxalq Kino festivallarında nümayiş olunub və mükafatlara layiq görülüb.

1993-2000-ci illərdə “Azərkinovideo”nun baş direktoru olub. Dövri mətbuatda hekayə və povestlərini dərc olunub: “Min birinci qastrol”, “Anlamaq istəyirəm”, “Ovsunçu”, “Bu həqiqətin səsidir” və s. Onlarla bədii, sənədli və yumoristik ssenarilərin müəllifidir. Milli kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 


Tarix: 19 iyul, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


 

Yüklənir