Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: ROMAN KARİMOV QEYRİ-ADEKVAT İNSANLAR

12 İyl 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 12 iyul 2016-cı il tarixində rejissor Roman Karimovun “Qeyri-adekvat insanlar” adlı filmini təqdim edirik.


Qeyri-adekvat insanlar / 2010 / Rusiya / 106 dəq. / Komediya, Drama, Romantik / Rəngli


Rejisser: Roman Karimov (Rusiya)


Rollarda: Ilya Lyubimov, Ingrid Olerinskaya, Evgeniy Tsyganov, Yuliya Taksina, Artyom Dushkin, Polina Iosilevich, Marina Zaytseva, Anastasiya Fedorkova, Nazar A-Samarray, Anna Kolobayeva, Roman Karimov, Olga Rudenko, Anton Toroptsev, Natalya Shchesnyak,  Aleksandra Shchensnyak


30 yaşlı gənc Vitaliy, bezdirici problemlərdən və daxili narahatlıqdan qaçaraq əyalət şəhəri olan Serpuxovu tərk edir və Moskvaya üz tutur. Məhz burada, o, öz daxili “mən”i ilə harmoniya tapmağa ümid edir. Təzəcə keçdiyi psixoterapiya kursu onu, idarə edə bilmədiyi qəzəb tutmalarından qurtarmalı idi. İlk vaxtlar hər şey yaxşı alınırdı, filmin qəhrəmanı ona qarşı heç də dost münasibətində olmayan həmkarları və onu başdan çıxarmağa çalışan müdirəsi ilə yola gedə bilirdi. Lakin şıltaq, dəlisov və heç kimlə dolana bilməyən qonşusu Kristina ilə tanışlıqdan sonra məlum olur ki, o, daxili harmoniyadan hələ çox uzaqdadır. 

Kristina da həyatda çox da bəxti gətirən biri deyil. Əvvəlcə o, yeni tanışını sadəcə istifadə etməyə çalışır: Vitaliy onun evində elektrik qoşucusunu təmir edir, ingilis dilindən ev tapşırığını etməyə kömək edir və hətta onu gənc oğlanla görüşə aparır. Lakin tezliklə, Vitaliy ona dəlisov və çətin idarə edilən yeniyetmə kimi deyil, fərqli baxmağa başlayır. Gənclər arasında dostluq və qarşıqoyulmaz cazibə yaranır...


Roman Kərimov 20 iyun 1984-cü ildə Ufa şəhərində anadan olub. O, rejissor və ssenarist, tanınmış "Qeyri-adekvat insanlar" (2010), "Bütün və dərhal" (2014) və "Vdrebezgi" (2011).


Film rus dilində, ingilis dillində olan subtitrlərlə nümayiş etdiriləcəkdir.


16 +


Tarix: 12 iyul, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir