Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: ELÇİN MUSAOĞLU 40-CI QAPI FİLMİ

21 İyn 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

21 iyun 2016-cı il tarixində rejissor Elçin Musayevin “40-cı qapı” adlı filmini təqdim edirik. Film «Ritm Prodakşn» tərəfindən istehsal olunub. Layihənin prodüseri Xəqani Savalandır.


40-cı qapı / 2009 / Azərbaycan, Almaniya / 85 dəq / Dram / Rəngli


Rejisser: Elçin Musaoğlu


Rollarda: Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov, Adil Zeynalov, Ozal Muradov, Kenan Farajullayev


Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 1990-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir


2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalı Film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdu.


Film Azərbaycan dilində nümayiş etdiriləcək


16 +


Tarix: 21 iyun, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir