Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FILM CLUB: EMIN EFENDIYEV’S FILM THE NEST

31 May 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 31 may 2016-cı il tarixində rejissor Emin Əfəndiyevin “Yuva” adlı filmmini təqdim edirik. Film «Buta» kinokompaniyası tərəfindən çəkilib. Layihənin prodüseri Sərdar Məlikməmmədovdur.


Nest / 2012 / Azerbaijan / 22 min / Short film, Drama / Colour


Director: Emin Efendiyev


Cast: Abbas Gakhramanov, Namig Agayev, Munevver Aliyeva, Shabnam Nasirova, Alibanda Nuruzada, Elkhan Muradov


Screenplay: Emin Efendiyev Cinematography: Adil Abbasov Music: Firuddin Allahverdi Production Design: Chingiz Rasulzadeh Editing: Asif Rustamov Sound: Parviz Ramizoglu, Huseyn Monk Producer: Ilgar Najaf Cast: Namig Aghayev, Abbas Gahramanov, Munavvar Aliyeva, Shebnem Nasirova

Ucqar kənddə dörd nəfərdən ibarət ailə yaşayır: kişi, qadın, yeniyetmə qız və balaca oğlan. Günlərin birində ailəyə gözlənilməz qonaq, səfil görünüşlü, orta yaşlı kişi gəlir. Onun gəlişi ilə hər şey dəyişir. Gözlənilməz qonağın, qadının, uzun müddət erməni əsirliyində qalmış birinci əri Mehman olduğu aydınlaşır. Keçmiş ər  arvadını və evini geri qaytarmaq istəyir. Qadının indiki əri Əbdül isə təslim olmaq istəmir...


Emin Əfəndiyev 1987-ci ildə anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsini bitirib. “0:1” , “Sadəcə Qan” qısametrajlı bədii, “ Abşeron abidəsi” sənədli filmlərinin rejissorudur.

2007-ci il Start Tələbə Festivalının qalibi, Audio-Vizual Festivalın mükafatçısıdır. Azərbaycan Respublikası İdman və Turizm Nazirliyi tərəfindən ilin rejissoru seçilib.


Film Azərbaycan dilində nümayiş etdiriləcək.


16 +


Tarix: 31 may, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir