Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: EMİL QULİYEV PƏRDƏ FİLMİ

24 May 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

24 may 2016-cı il tarixində rejissor Emil Quliyevin “Pərdə” adlı filmmini təqdim edirik. Film «Art Film Baku» kinokompaniyası tərəfindən çəkilib. Layihənin prodüseri Sərdar Məlikməmmədovdur.


Pərdə / 2016 / Azərbaycan / 72 dəq. / Drama / Rəngli


Rejissor: Emil Quliyev


Rollarda: Tural Əhməd, Zaur Şəfiyev, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zemfira Əbdülsəmədova, Ayşad Məmmədov, Nəsibə Eldarova


Ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur.

Onun seçimindən bir ailənin talehi asılıdır. Görəsən o, nəyi seçəcək?!


Film Azərbaycan dilində nümayiş etdiriləcək.


12 +


Tarix: 10 may, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir