Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: TEYMUR HACIYEV YARAŞANXAY, BAKI FİLMLƏRİN NÜMAYİŞİ

12 May 16

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

12 may 2016-cı il tarixində rejissor və prodüsser Teymur Hacıyevin “Yara” və “Şanxay, Bakı” adlı qısametrajlı filmlərini təqdim edirik.


Yara / 2014 / Azərbaycan / 17 dəq. / Drama / ağ-qara


Rollarda: Elmar İmanov, Şamil Süleymanlı, Rasim Cəfərov


Qara furqonda iki nəfər gecə səyahətinin ortasında. Sürücü sağ əli sarılmış az danışan cavan oğlandır,  onun söhbətcil yoldaşı isə qoca bir fəhlədir. 

Onlar daxili qorxu və emosional yaraları ilə tipik ata-oğul əlaqələrini nümayiş etdirərək, özlərini bir birindən uzağa itələyərək yaxınlaşırlar.

Ağır emosional yüklə birlikdə, onlar ondan yüngül olmayan fiziki yükü də furqonun baqajında daşıyırlar. İkisi də keçmişin yükünü belindən atıb yaralarını sağaltmağa can atır.

Ancaq nəyin bahasına?


Şanxay, Bakı / 2016 / Azərbaycan / 20 dəq. / Drama / Rəngli


Rollarda: Roza İbadova, Rasim Cəfərov, Mir-Mövsüm Mirzəzadə, Qurban İsmayılov, Tərlan Mirişli


Samir həvəskar kinorejissordur. O, öz despot atası və böyük bacısı Roza ilə “Şanxay” adlanan məhəllədə bir gecəqonduda qalır. Bu gecəqondular neftlə zəngin Azərbaycan Respublikasının paytaxtı Bakının yaxınlığında yerləşir. 

Samir sadə təsadüf nəticəsində Rozanın sevgilisi Moskvada yaşayan azərbaycanlı emiqrant Rasim ilə olan intim anlarını videoya çəkir. Samir ictimai qınağın gücünü və atasının mühafizəkar həyat baxışlarını bilərək Roza və Rasimi video ilə hədələyir. Rasim Samirə rüşvət təklif edir, ancaq bu işin göründüyündən daha dərin olduğu aşkara çıxır.

Film Anton Çexovun “Dəcəl Oğlan” (The Naughty Boy) qısa hekayəsinin motivləri əsasında lentə alınıb.


Teymur Hacıyev 1982-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində İqtisadi Kibernetika üzrə bakalavr və West Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnib. Kino sahəsinə gəlməmişdən öncə Azərbaycanda Marketinq Direktoru vəzifəsində bir neçə şirkətdə çalışıb.

O, 2013-cü ildə “FIL PRODUCTION” şirkətini təsis edib. Şirkət dördü beynəlxalq mükafatla təltif edilməklə bir çox qısa filmlər istehsal edib. 2014-cü ilin avqustunda “Locarno Summer Academy” təlim proqramına qəbul olmuşdur. Teymur 2013-cü ilin sentyabrında özünün ilk “Yara” adlı qisa filmini tamamlamış və onun premyerası ABŞda “Palm Springs ShortFest” qısametrajlı film festivalında baş tutmuşdur. 2015-ci ilin martında o ikinci “ŞANXAY, BAKI” adlı qısa filmini çəkib, onun nümayişi isə Finlandiyada “Tampere Film Festivalı”nda həyata keçirilmişdir. 


Filmlər Azərbaycan dilində nümayiş ediləcəkdir.


16 +


Tarix: 12 may, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir