Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: ELÇIN MUSAOĞLUNUN NABAT FİLMİ

10 May 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

10 may 2016-cı il tarixində rejissor Elçin Musaoğlunun “Nabat” adlı filmmini təqdim edirik.


Nabat / 2014 / Azərbaycan / 104 dəq. / Triller, Drama / Rəngli


Direktor: Elçin Musaoğlu


Filmin qəhrəmanları – dağ kəndində sağ qalmağa çalışan qocalardır. Filmin qəhrəmanının əri – oğlunun müharibədə həlak olması xəbərini aldıqdan sonra yataq xəstəsinə çevrilmiş meşə gözətçisidir. Arvadı – onun üçün dünya ilə yeganə əlaqə vasitəsidir.

Meşə gözətçisi indi bombalanmış və sakinləri tərəfindən tərk edilmiş kəndi onun gözləri ilə görür. Ətrafda, təzə dünyaya gələn balaları olduğundan, kəndi tərk edə bilməyən dişi canavar da dolaşır.

Filmin yaşlı qadın qəhrəmanı boş qalmış kəndin evlərini dolaşır və pəncərələrdə lampalar yandırır. O, ürəkdən inanır: əgər evdə işıq yoxdursa – bu ev cansızdır, deməli, evə işıq gətirməklə, o, bu yerlərə həyatın qayıdacağına və sülhün bərqərar olacağına ümid bəxş edir.


Film Azərbaycan dilində nümayiş etdiriləcək.


16 +


Tarix: 10 may, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir