Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: SAMİR KƏRİMOĞLUNUN ŞƏR QARIŞANDA FİLMİN NÜMAYİŞİ

26 Apr 16

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

25 aprel 2016-cı il tarixində rejissorlar Samir Kərimoğlunun “Şər Qaişanda” adlı filmini təqdim edirik.


Şər Qarişanda / 2016 / Azərbaycan / 120 dəq / Triller, Drama / Rəngli


Prodüsser: Oksana Rəsulova


Filmin baş qəhrəmanı Günel kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəlliməsi işləyir. O, eyni zamanda məktəbin 11B sinfinin rəhbəridir. Keçmişdə şahidi olduğu dəhşətli hadisə Günelin həyatına dərin iz buraxır... 1992-ci ildə meşədə manyak tərəfindən 9 insan qətlə yetirilir. Yalnız 1 qız canını xilas edə bilir. Film 24 il sonra yenidən baş vermiş görüşdə cərəyan edən tükürpədici hadisələr fonunda xeyirlə şərin mübarizəsini əks etdirir.


Samir Kərimoğlu 1974-cü il 26 fevral Bakı şəhərində doğulub. 1990-cı ildə Futurologiya institunun Menecment fakultəsinə daxil olub, 1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb. Antalyada turizm sektorunda çalışaraq qazandığı 6 illik uğurlara baxmayaraq 1999-cu ildə Azərbaycana dönür. 2000-ci ildə uşaqlıq arzusu olan kino sahəsində işləmək üçün əlinə keçən ilk fürsəti dəyərləndirir və video montajçı olaraq MTM prodakşnda fəaliyyətə başlayır. Rejissorluq fəalliyyətinə ilk dəfə 2002-ci ildə çəkdiyi kliplə başlayan Samir, 2003-cü ildə keçirilən Beynəlxalq AudioVizual Festivalda MUSİC LEE qrupuna çəkdiyi kliplə ilk böyük uğurunu -“ƏN YAXŞI KLİP” nominasiyasında Diplom qazanır. Qısa müddətdə böyük uğurlara imza atan rejissor, bir-birinin ardınca fərqli reklam çarxları, kiplər və sənədli filmlər çəkir. Özünü təkmilləşdirməkdə heç vaxt fasilə verməyən Samir boyük risk və kiçik büdcəylə 2005-ci ildə “SİRAT KÖRPÜSÜ” filminin çəkilişlərinə başlayır.

 


Rollarda:

Ramiz Novruz, Oksana Rəsulova


Film azərbaycanca ingilis dilində subtitlərlə nümayiş etdiriləcək


16 +


Tarix: 26 aprel, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir