Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FILM CLUB PABLO BERGER`S FILM BLANCANIEVES

12 Apr 16

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.  

12 aprel 2016-cı il tarixində ispan rejissoru Pablo Bergerin “Ağbəniz” (“Blancanieves”) adlı filmini təqdim edirik.


Ağbəniz (Blancanieves) / 2012 / İspaniya / 105 dəq. / fantaziya, drama / ağ-qara


2012-ci il İspaniya istehsalı olan “Ağbəniz” (“Blancanieves”) filmi Qrim qardaşlarının məşhur əsərinin əsasında sərbəst və qotik üslubda çəkilmişdir. 

Filmdə hadisələr ötən əsrin 20-ci illərində cərəyan edir. Baş qəhrəman olan Ağbənizin əsl adı Karmendir və ögey anasının sayəsində uşaqlığı çətin keçmişdir. Karmen öz keçmişindən qaçmağa və yeni dostları, cırtdanboy toreadorlarla birgə həyəcanlı səyahətə yollanmağa qərar verir.


“Ağbəniz” səssiz və ağ-qara filmi böyük uğur qazanmışdır. “Ağbəniz” ənənəvi sehrli nağıllardan fərli olaraq, qısqanclıq, paxıllıq, sevgi və faciəni özündə birləşdirən qara yumorlu  melodramadır.

 “Ağbəniz” ən yaxşı film kimi Qoya, Ariel və s. mükafatlarına layiq görülmüşdür. 


Pablo Berger Bilbaodan olan ispan kino rejissorudur. O 1988-ci ildə Aleks de la İqlesia (Álex de la Iglesia) və Ramon Bareanın bədii rəhbərliyi ilə ilk qısa metrajlı “Ana” (Mamá) filmini lentə aldı. Biskaya Əyalət Şurasının maliyyə dəstəyi ilə Nyu-York Universitetində kinoşünaslıq üzrə magistratura təhsili almışdır. Doktorluq (Ph.D.) dərəcəsini əldə etdikdən sonra Nyu-York Kino Akademiyasında Menecment üzrə professor vəzifəsində çalışmışdır. Bundan sonra paralel olaraq publisist və musiqi prodüseri qismində fəaliyyətə başlayır və 2003-cü ildə Xavyer Kamara (Javier Cámara), Fernando Tehero (Fernando Tejero)  və Kandela Penyanın (Candela Peña) iştirakı ilə “Torremolinos 73” filmini çəkir. 

2012-ci ildə isə o üçüncü filmi – “Ağbəniz”i (Blancanieves) təqdim edir. Bu film 2013-cü ildə ispan filmləri arasından “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd olmuşdur.  “Ağbəniz” filmi “Goya” mükafatına layiq görülmüş, o cümlədən “Ən yaxşı film” və “Ən yaxşı orijinal ssenari” nominasiyalarında qalib olmuşdur. O, həmçinin 9-cu Buxarest Beynəlxalq Film Festivalının əsas mükafatına layiq görülmüşdür.


Film ispan dilində ingiliscə alt-yazılar ilə nümayiş etdiriləcək


13 +


Tarix: 12 aprel, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir



QISA REKLAM

Yüklənir