Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: RÜFƏT HƏSƏNOV VƏ ELVİN ADIGÖZƏLİN BUQƏLƏMUN FİLMİN NÜMAYİŞİ

05 Apr 16

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

5 aprel 2016-cı il tarixində rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” adlı qısametrajlı filmini təqdim edirik.


Buqələmun / 2013 / Azərbaycan, Fransa, Rusiya / 74 dəq. / Fantastika / Rəngli


İstehsal: Adari films

Birgə istehsalı: Arizona istehsalatların, Vita aktiv

Dünya Satış: Arizona İstehsalı


“Buqələmun” filmi iki gəncin – Əli ilə Nicatın təsadüfən bir-birinə rast gəlməsi haqqında bəhs edir. Hadisələr Azərbaycanın bir əyalət şəhərində cərəyan edir. Nicat buraya atasının vəfatından sonra ona miras qalmış evi satmaqdan ötrü gəlir. Mərhum atasının Əşrəf adlı bir köhnə dostu ona bu işdə kömək edir – evə müştəri tapır. Əli adlı həmin müştəri yeni bir vəzifəyə – yolçəkmə üzrə rəis müavini vəzifəsinə təyinat ilə bu şəhərciyə təzəlikcə gəlmişdir, arvadı və balaca oğlundan ibarət ailəsini də gətirmək fikrindədir, elə bunun üçün də onun daimi mənzilə ehtiyacı var.

Çoxdandan bəri doğma el-obasını qoyub Avropada yaşayan Nicatı düşündürən bircə odur ki, necə eləyib evi tez satsın, axı pul cəhətdən o, çətinlik çəkir. Şəhərciyin sakinləri isə Nicatda yalnız nifrət və acıq hissi doğururlar.  

Əlinin isə məqsədi karyera qurmaqdır və o, hətta dünyaya göz açıb böyüdüyü paytaxtı da bunun yolunda tərk edib uzun müddətliyinə əyalətə köçməyə hazırdır. Onun artıq tezliklə öz rəisinin – onu doğma oğul yerində tutan bir şəxsin yerinə keçməsi faktı Əlini əsla karıxdırmır.

Bu əhvalatın iki qəhrəmanı, sanki, öz rəngini dəyişən iki buqələmundurlar – onlar öz niyyətinə nail olmağı insani dəyərlərdən üstün tuturlar.


Aktyorlar:

Fərid Bəhramov, Emin Seyfulla, Elvin Adıgözəl, Mübariz Xəlilov, Vəli İbadov


Rüfət Həsənov 1987-ci ildə Bakıda anadan olub. 2009-cu ildə ABŞ-da Bates kollecini teatr incəsənəti üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Karyerasını kinoda başlamış, televiziyada assistent kimi və promo-kontent direktoru çalışmışdır. 2010-cu ildən o, bir neçə sənədli və qısametrajlı filmlərin, o cümlədən “Force majeure” (2010) və “Ô, gediş!” (2010) filmlərinin müəllifidir. “Buqələmun” (2013) onun tammetrajlı debüt filmidir.

Filmoqrafiya: 2013 - "Buqälämun"; 2010 - "Ô, qalxma!"; 2010 - "Force majeure"


Elvin Adigözəl 1989-cu ildə Goranboyda anadan olub. 2009-cu ildə Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetinin film fakültəsini bitirib. 2008 – 2010-cu illərdə Azərbaycan Dövlət Televiziyasında çalışmış, işlədiyi zaman filmlətinin yaradıcılığında televiziyanın texnikasını istifadə etmişdir. "Qayıdış" (2008), "O" (2009) və "Dumanda" (2010). “Buqələmun” (2013) onun ilk tammetrajlı filmdir.

Filmoqrafiya: 2013 - "Buqələmun" (Rüfət Həsənov); 2010 - "duman" (qısa); 2009 - "o" (qısa); 2008 - "Qayıdış" (qısa)


Film azərbaycanca nümayiş etdiriləcək


18 +


Tarix: 5 aprel, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir