Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU: QISAMETRAJLI FİLMLƏRİN NÜMAYİŞİ

01 Mar 16

Bizim YARAT Film Klubumuz gələn çərşənbə axşamına – martın 1-nə – sizin üçün xoş bir sürpriz hazırlayır.

Biz müxtəlif ölkələrin rejissorları tərəfindən qısa metraj formatında ekrana gətirilmiş, bir-birindən xeyli fərqlənən 7 hekayəni götürüb birləşdirdik.

Bundan əlavə, sizi məxsusi olaraq Bakı tamaşaçısına üz tutan rejissorların video müraciətləri, eləcə də bir neçə filmin müəllifi olan sənətkarlarla skayp bağlantısı gözləyir! 


1. Piramida / Varde (Norveç, 2008), rejissor Hanna Larsen

Film şəxsiyyətin kamilləşməsindən, mənəvi prinsiplərdən, bir də yeniyetmələr arasında olan münasibətlərdən bəhs edir. Filmin baş qəhrəmanı 11 yaşlı Yohandır. Sadə və saf zarafat kimi başlanan bir əhvalat böyüyüb oğlanın qarşısında duran əsl əxlaqi dilemmaya dönür.


2. Güzgü / The Mirror (Fransa, 2015), rejissorlar Antuan Tinqueli və Loren Foşer

Güzgü ona baxanın görkəmini əks etdirməkdən əlavə, həyatımızın bütün dövrlərini, hər bir mərhələsini göstərməyə qadirdir: uşaqlıq dövrünü, gəncliyi, yetkinliyi və nəhayət, ahıllıq yaşımızı. Filmdəki güzgü müəyyən portal, giriş kimi olmuşdur – o, tamaşaçılara adi insanın daxili aləminə nəzər salmağa imkan verir. Biz bu qapıdan boylanıb, ən təsirli, ən kövrək anları xəlvətcə seyr edirik, filmin özü isə insan həyatının dəyərli və fani olduğu barədə bir xatırlamadır. 


3. Qarasına görüşlər / Speed dating (ABŞ, 2014), rejissor Meqann Artes

Ava xəyal etdiyi kişiyə rast gəlmək ümidini tamam itirib, təhlükəli bir addım atır – qarasına görüşlər silsiləsinə razılıq verir. Ancaq bir sıra qəribə personajlarla qarşılaşmalı olduqdan sonra belə bir qənaətə gəlir ki, təklik, bəlkə də, o qədər də pis şey deyilmiş.


4. Kastinq / Кастинг (Rusiya, 2013), rejissor Alina Poliçuk 

Gənc aktyor Valentin çox böyük bir layihənin kastinqinə yazılır. Bu iş ona “bir an içində” məşhur olmağa kömək edə bilər. Ancaq layihənin rejissoru və operatoru Valentinin aktyor bacarıqlarının kamera qarşısında tam açılması üçün onu, demək olar ki, didib-dağıtmağa hazırdırlar. Gənc aktyor qətiyyətlidir, kastinq seçimini keçmək üçün hər şeyə razılaşır. Ya da ki – az qala, hər şeyə.


5. Təsəvvürünə gətir / Imagine (Böyük Britaniya, 2008), rejissor Karl Mason

Olduqca səmimi bir filmdir. 17-yaşlı kinematoqrafçı tərəfindən öz sevgilisini – ağır və ümidsiz xəstəliyə düçar olmuş qızı ruhlandırmaq cəhdi olaraq lentə alınmışdır.


6. Soyuducu / Холодильник (Rusiya, 2013), rejissor Maksim Kulagin

Maksim Londona çıxıb-getmək xəyalı ilə yaşayır və nəhayət, bunun üçün viza alır. Ancaq anasının köhnə soyuducunu tullamaq barədə sadə bir xahişi onun xəyalını birdəfəlik məhv edə bilərmiş!


7. Lila / Lila (Argentina, 2014), rejissor Karlos Laskano

Riqqətli və gözəl bir filmdir, baş qəhrəmanı isə – öz sənəti vasitəsilə adamlara qəribə tərzdə kömək edən gənc bir qadındır.


Tarix: 23 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir