Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU: ANAR ABBASOV QURBAN FILMİ

23 Fev 16

YARAT Film Klubu rejissor Anar Abbasovun "Qurban" adlı macəra filmini təqdim edir. 


Qurban / 2011 / Azərbaycan, Rusiya / 25 dəq. / macəra / rəngli


Rejissor: Anar Abbasov; Operator: Semyon Amanatov; Səs rejissoru: Nataliya Buzıkina; Direktor : Məhəddin Abbasov; Pedaqoqlar: A.Y. Uçitel, A.İ. Geleyn


Rollarda: Sərvər Şahbəyli; Nargilə Qəribova; Hürü Abbasova; Səhrəddin Abbasov; Məqsəd Abbasov; Aytəkin; Ceyran; Mehriban

Filmin qəhrəmanının bir neçə qız övladı var. Günlərin bir günü həyat yoldaşı yenidən hamilə qalarkən kişi sübh namazında dua edir. O, Allahdan ailəsini qorumağı və ondan sonra ocağında bir kişi qalmağı üçün oğul payı istəyir. Kişi bunun əvəzində Tanrı yolunda Haçaqayada qoç qurban kəsəcəyini vəd edir.

Qurbanı kəsmək vaxtı çatanda kişinin qoça yazığı gəlir, Allahda onu bağışlamağını diləyib evə qayıdır. Lakin yolda təsadüfən ayağı sürüşür və uçuruma yuvarlanmaq təhlükəsi ilə qarşı qarşıya qalır. Allahın mərhəmətinə gələn kişi bu vəziyyətdən xilas olur. Evə çatana qədər isə qurbanı kəsmədiyi üçün oğlu, yaxud qızı olacağından hələ ki, xəbəri yoxdur.


Film rejissor Anar Abbasovun diplom işidir.


Film Internationaler Wettbewerb 8: Feiern und Rituale-da iştirak etmişdir.


Rejissor Anar Abbasov 1975-ci ildə Bakı şəhərində anadan olub. Anar 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2002-ci ildə Moskvaya köçür və 2011-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetindən məzun olur.


Film Azərbaycan dilində nümayiş olunacaq


18 +


Tarix: 23 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir