Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU: ELXAN CƏFƏROV YARIMÇIQ XATİRƏLƏR FILMİ

16 Fev 16

YARAT Film Klubu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş, rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" bədii filmini təqdim edir. 

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.


Yarımçıq xatirələr / 2015 / Azərbaycan, Belorusiya / 90 dəq. / Tarixi, dram / Rəngli


Aktyorlar: Şamil Süleymanov, Bəhruz Vaqifoğlu, Qülzar Qurbanova, Rza Rzayev, Qurban İsmayılov, Cavanşir Hadıyev, Rövşən Ağayev, Mixail Kaminski, Andrey Milyuhin və Veronika Plyaşkeviç.

Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranski və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.

Rollarda Azərbaycan, Belarus, Rusiya, Almaniya və Gürcüstan aktyorları - Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov və başqaları çəkiliblər.

Filmin əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb.


Film Azərbaycan dilində nümayiş olunacaq


12 +


Tarix: 16 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir