Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU: ANNA FİNÇENKONUN İTKİN DÜŞMÜŞ FILMİNİN NÜMAYİŞİ

09 Fev 16

YARAT Müasir İncəsənət Məkanı 9 fevral 2016-cı il tarixində Anna Finçenkonun rejissorluq etdiyi "İtkin düşmüş" filmin nümayişinə dəvət edir. Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilir və sual-cavab sessiyası ilə davam edəcək.


İtkin dümüş / 2010 / Rusiya / 96 dəq. / Drama / Rəngli


Rollarda: Andrey Filippak, Rasim Cəfərov, Polina Kamanina, Lyudmila Geroyeva, Yuris Lautsinş, Polina Filonenko, Andres Puustusmaa, Sergey Mardar, Daniela Stoyanoviç


“İtkin düşmüş” – rejissor Anna Fençenkonun debüt filmidir.

Filmin baş qəhrəmanı proqramçıdır. Böyük dünyadan özünü təcrid etməsi ona rahat və arxayın həyat sürməyə imkan verir və onu tam qane edir. Ancaq günlərin bir günü bu xəyali müstəqillik xətərli çıxır. Təsadüfi bir hadisə onu hər şeydən məhrum edir – evindən, işindən, pasportundan və hətta adından. O, qəribə hadisələr burulğanına qərq olur, öz taleyini daha istiqamətləndirə bilmir, bütünlüklə başqalarından asılı olan bir qaçağa çevrilir. Yuxuda olan adam kimi o, özgə, yad mühitə düşüb cürbəcür keşməkeşlərdən keçir və gerçək olan heç nə onun şüurunu oyada bilmir. Ona mütləq yuxudan ayılmaq, bu mənasız qaçışı dayandırmaq və əsas məsələ haqqında fikirləşmək lazımdır...


Filmin təltif olunduğu mükafatlar: Fransada "Festival de Films de Femmes de Creteil" festivalının əsas mükafatı, 2011; Litvada "Serseliafam" kinofestivalının əsas mükafatı, 2010; Soçidə XXI "Kinotavr" Açıq Rusiya Kinofestivalının ən yaxşı debütə görə mükafatı, 2010;  Rusiya Kino Klubları Federasiyasının münsiflər heyətinin mükafatı “İtkin düşmüş” filminə görə rejissor Anna Fençenkoya təqdim olunub, 2010; Rusiya Kino Klubları Federasiyasının münsiflər heyətinin “Moskva premyerası” mükafatı “İtkin düşmüş” filminə görə rejissor Anna Fençenkoya təqdim olunub, 2010;  Polşada "Warsaw Film Festival" Varşava kinofestivalının münsiflər heyətinin xüsusi istinadında (Special mention) “İtkin düşmüş” filmi ilə rejissor Anna Fençenko qeyd olunub, 2010.


Film rusca nümayiş etdiriləcək


12 +


Tarix: 9 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir