Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: RAMİL AĞASİYEV ARZULARIN ARDINCA

26 Yan 16

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. Üzümüzə gələn çərşənbə axşamı sizi, qazax rejissoru Əmir Bayqazinin “Aslanın dərsləri” filminə baxmağa dəvət edirik. Film qazax, fransız və alman kinematoqrafçılarının birgə istehsalıdır. 


Ramil Ağasiyev / 2015 / Azərbaycan / 90 dəq. / Romantik / Rəngli


Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil tənha həyatını yaşayır. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də daxilən arzularını həyata keçirmək istəyir. Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.


Quruluşçu Rejissor-Ramil Ağasiyev; Ssenari Mehman Rəsul; Operator Şahmar Səfəroğlu; Quruluşçu Rəssam Əlgün Vəliyev; Rejissor Asif Rəhimov; Baş rollarda- Ziya Ağa.Zarina Qurbanova; Rollarda: Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüsey, Flora Hüseynova.


Film azərbaycan dilində nümayiş etdiriləcək.


12 +


Tarix: 26 yanvar, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


 

Yüklənir