Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: CASTİN VEBSTER (KOLUMBİYA) QABO. REALLIQ SEHRİ

01 Dek 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 1 dekabr 2015-ci il tarixində rejissorl Castin Vebsterin “Qabo. Reallıq sehri” filmini təqdim edirik. 


Qabo. Reallıq sehri / 2015 / Kolumbiya, ABŞ, İspaniya / 90 dəq. / sənədli film, bioqrafik film, tarixi sənədli film / rəngli


Qabriel Qarsiya Markes bütün Latın Amerikası üçün “Qabo”dur. Onun həyat və yaradıcılığı, sanki, insan təxəyyülü saplarından hörülüb-toxunmuşdur. “Qabo. Reallıq sehri” filmi bir təhqiqat şövqü ilə elə bu təxəyyülün inanılmaz qüdrətindən bəhs edir.

1982-ci ilin Nobel mükafatçısı Qabriel Qarsiya Markesin (1927-2014) vəfatından bir il keçir. Ədəbiyyat aləmi onun ildönümündə bu böyük şəxsiyyəti yad edərkən, dünyanın müxtəlif ölkələrində Kolumbiya səfirlikləri tərəfindən ‘Gabo, la magia de lo real’ filminin nümayişini təşkil edib.

Bu sənədli filmin ilk nümayişi İngiltərə, Birləşmiş Ştatlar, İspaniya, Meksika, Fransa, Çili, Dominikan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Avstraliya kimi ölkələrdə keçirilmişdi. Az öncə film beynəlxalq Cartagena de Indias kinofestivalının və Nyu-Yorkda keçirilmiş Latın Amerikası filmləri kinofestivalının mükafatlarına layiq görülmüşdü.


Rejissor Castin Vebsterin çəkdiyi bu film Kolumbiya, ABŞ və İspaniyanın birgə istehsalıdır. Filmin araşdırdığı sual belədir: Karib dənizinin sahilindəki bir kəndin gənc sakini, görəsən, yazıçı olub, dünyanın hər yerində milyonlarca adamın qəlbinə yol tapmağa necə müvəffəq ola bilmişdi? Film, həmçinin, Markesin publisist yazılarının məğzini, onun şəxsiyyətini, onun gerçəkliyi necə dərk etdiyini araşdırır. Ailə üzvlərinin, dostlarının, iş yoldaşlarının, müxtəlif yazıçı, jurnalist və siyasi xadimlərin bölüşdüyü fikirlər vasitəsilə bu film “Yüz ilin tənhalığı” əsərini yaratmış müəllifin irsiyyətini canlandırır. 


Film ispanca nümayiş etdiriləcək, ingiliscə altyazıları olacaq.


Tarix: 1 dekabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir