Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB RAFİQ ƏLİYEV, CAVİD TƏVƏKKÜL DƏRS

17 Noy 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 17 noybr 2015-ci il tarixində rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” adlı qısametrajlı filmini təqdim edirik. 


Dərs / 2015 / Azərbaycan / 110 dəq. / Ailəvi film / Rəngli


10 yaşlı Xalid – öz sinfində heç nəyi ilə fərqlənməyən bir oğlandır. Uşaqlar ona Begemot adı veriblər, çünki o, gonbul və bacarıqsızdır. Amma onun nə qədər itiağıllı və xeyirxah ürəyə malik olduğunu, demək olar, heç kəs görmür. Xalid əsl dost tapmaq arzusundadır, lakin ona ya ələ salmaqla, ya da dümsüklə cavab verirlər və bütün bunlara o mətincəsinə dözür.  Buna baxmayaraq , bir gün gələcək, gənc filosof öz yaşıdlarına və hətta böyüklərə dərs verəcək...


“Dərs” – xeyirxah, nikbin və bütün nəsilləri özündə cəmləşdirən əsl ailə kinosudur. Bu film həmçinin “Asif, Vasif, Ağasif”dən sonra Azərbaycanda uşaq auditoriyası üçün çəkilən ilk filmdir.


Rafiq Əliyev (d.1949, Mеrdinli kəndi, Füzuli) – kino və teatr rejissoru, aktyor.

1968-ci ildən 1971-ci ilədək Leninqrad (indiki Sankt-Peterburq) Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin “Rejissorluq” bölməsində, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 

1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işə başlamışdır. Teatrda çalışdığı dövrdə Rafiq Əliyev maraqlı obrazlar yaratmışdır: "Bumbaraş"da Bumbaraş, "Üç muşkеtyоr"da Aramis, "Təmas"da Andrеy, "Müsyö Jоrdan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratinо"da Karabas-Barabas, "Müfəttiş"də Dоbçinski, "Kеçən ilin sоn gеcəsi"ndə Süleyman, "Quyu"da Akif və s. O, həmçinin 20-dən çox bədii filmə çəkilmişdir.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir. Həmin teatrın səhnəsində "Blеz", "Qar qız və yeddi cırtdan", "Bir dəfə Braziliyada", "Dоnaldın qeyri-adi sərgüzəştləri", "Nəsrəddin", "Sarıköynək günəşi necə gətirdi", "Hind fantaziyası", "Şəhərli kürəkən", "Timsah Gеnanın məzuniyyəti", "Sirr", "Çimnaz xanım yuxudadır" və s. əsərlərə maraqlı quruluşlar vеrmişdir. Həmçinin "İbrus" teatrında "Şirə bənzər", Akadеmik Milli Dram Tеatrında "Hamlеt", "Kuraj və uşaqları", Qazax Dövlət Dram Tеatrında "Alоv", İstanbul Bələdiyyə Teatrında "Arslana bənzər" onun uğurla tamaşaya qoyduğu əsərlərdəndir.

Tеatr və kinо fəaliyyəti ilə yanaşı Rafiq Əliyev uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktyoru" fakültəsində pedaqoji fəaliyyət göstərir.

1990-cı ildə Azərbaycan Respublikanın Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 


Cavid Təvəkkül (d.1974, Tərtər) – kinorejissor, ssenarist.

Tatarıstan Turizm Akademiyasının Prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb.

“Mən və Şəhər” (2003), “Ağlayan Əsgər” (2003) filmlərinin, bir neçə kliplərin müəllifidir. Cavid Təvəkkül “Cavad Xan” filmi haqqında hazırlanmış “Cavad Xan – Filmin Filmi” silsilə televiziya filmlərin, “Azarkeş” (2008), “100000 AZN” (2009), “Sovqat” (2009), “Əzizim Fellini” (2010), “Səhərə inan...” (2011) filmlərin və “Döngələr” (2012) teleseriyalın rejissorudur.


Film Azərbaycan dillərində (ingilis dilində alt yazıları ilə) nümayiş etdiriləcək


Tarix: 17 noyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

RƏSMİ TREYLER

Yüklənir