Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM CLUB film ŞƏHƏR MOTİVLƏRİ FİLMLƏR SİLSİLƏSİ 1 HİSSƏ

10 Noy 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 10 və 24 noyabr 2015-ci il tarixində 5 müxtəlif ölkədən 5 müxtəlif rejisserdan "Şəhər motivləri" adlı qısametrajlı filmlər silsiləsini təqdim edirik. 

“Şəhər motivləri” kinoalmanaxı - Bakı və onun sakinlərindən, şəhərin qaranlıq və işıqlı tərəflərindən bəhs edən qısa novellalar kolleksiyasıdır. Filmlərin qəhrəmanları hərəsi öz talelərini yaşayırlar, amma hər hekayənin baş qəhrəmanı məlahətli və azacıq qüssəli obrazında göstərilən şəhərdir. Kinoalmanax müasir Azərbaycan rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Kinoalmanaxın beynəlxalq premyerası bu yaxınlarda noyabrın 5-i Cottbus Beynəlxalq Film Festivalında (Almaniya), ölkəmizdə isə 2 avqust - Azərbaycan Kinosu Günü tədbiri çərçivəsində Nizami Kino Mərkəzində keçirilib.


1. Qonşu Qadın / 2015 / Azərbaycanfilm və Adari Films / 26 dəq. / Melodrama, komediya / rəngli / Rejissor: Anar Abbasov

Mənzilə təzəcə köçmüş qonşu qadın təsadüfən (yayda balkonların qapı və pəncərələri açıq olur) qonşu kişinin öz sevgilisi ilə qalmaqallı ayrılıq səhnəsinin şahidi olur. Qadın göz yaşları içində kişinin yanından gedir... Gözlənilmədən qonşu qadın kişinin üstünə düşərək onu eqoist, insafsız olmaqda günahlandırır. Onların arasında baş verən mübahisə zaman keçdikcə ciddi münasibətlərə çevrilə bilərdi...

Baş rollarda: Gülzar Qurbanova, Cavanşir Hadıyev. Ssenari müəllifləri: İradə Bağırzadə, Anar Abbasov. Quruluşçu rejissor: Anar Abbasov. Quruluşçu operator: Aleksey Şepilev. Quruluşçu rəssam: Rafiq Nəsirov. Kreativ prodüser: Eldar Albertsson. İcraçı prodüser: Azər Quliyev. Prodüserlər: Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadə (“Adari films”). Bəstəkar: Roman Şulqa. Kreativ prodüser: Eldar Albertsson. İcraçı prodüser: Azər Quliyev. Prodüserlər: Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadə (“Adari films”)


2. Yuxarıda və aşağıda / 2015 / Azərbaycanfilm və Adari Films / 30 dəq. / Komediya, drama / Rəngli / Rejissor: Timur İsmailov

İş yoldaşının həyatını xilas etmək lazım gəldiyi zaman içindəki yüksəklik qorxusuna qalib gəlməyi bacaran əyalətdən gəlmiş gənc fəhlə haqqında novella...

Baş rollarda: Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov. Ssenari müəllifi və quruluşçu rejissor: Timur İsmailov. Quruluşçu operator: Nadir Mehdiyev


3. Kədərim / 2015 / Azərbaycanfilm və Adari Films / 20 min / Komediya, drama / Rəngli / Rejissor: Rüfət Həsənov

Filmin qəhrəmanı bəxti gətirməyən bir musiqiçidir. Ailədə hamı – valideynləri, həyat yoldaşı ondan narazıdır. Lakin bir gün inanılmaz dərəcədə bəxti gətirir və o, ifaçı qismində kübar cəmiyyətdə keçirilən ziyafətə düşür. Adama elə gəlir ki, artıq tale onun üzünə gülüb və o, nəyə qadir olduğunu hamıya sübut edəcək... Lakin özünü saxlaya bilməyərək o, yenə də çıxışını pozur, dava salır və nəticədə zədə alır. Və indi kefcil musiqiçi hələ uzun müddət evdə qalmalı olacaq. Həyat yoldaşı və oğlu xoşbəxtdirlər!

Baş rollarda: Roman Şulqa, Əli Nəsib, Teymur Nadir. Ssenari müəllifi və quruluşçu rejissor: Rüfət Həsənov. Quruluşçu operator: Mixail Belkin. Quruluşçu rəssam: Rafiq Nəsirov. Bəstəkar: Roman Şulqa. Kreativ prodüser: Eldar Albertsson. İcraçı prodüser: Azər Quliyev. Prodüserlər: Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadə (“Adari films”).


Filmlər Azərbaycan dilində nümayiş etdiriləcək


Tarix: 10 noyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

RƏSMİ TREYLER

Yüklənir