Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB NİKİTA QRAMMATİKOV DÜNYA ÜÇÜN GÖRÜNMƏZ GÖZ YAŞLARI

27 Okt 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 27 oktyabr 2015-ci il tarixində gənc rusiyalı rejissor Nikita Qrammatikovun “Dünya üçün görünməz göz yaşları” adlı qısametrajlı filmini təqdim edirik. 


Dünya üçün görünməz göz yaşları / 2013 / Rusiya / 11 dəq. / Drama / Rəngli


Nikita Qrammatikov – Sankt-Peterburq Humanitar Həmkarlar İttifaqları Universitetinin incəsənət fakültəsini bitirib – multimedia proqramları rejissoru ixtisası üzrə təhsil alıb (2004-2009). S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin kino və televiziya rejissorluğu fakültəsini bitirib – bədii film rejissoru ixtisası üzrə təhsil alıb (K.Q.Şahnazarov və O.B.Şuxerin emalatxanası, 2009-2012).

Filmoqrafiya: “Morfeyin ağuşunda”, qısametrajlı film, 27 dəq., 2009-cu il, Roald Dahlın “Zəhər” hekayəsi əsasında ekranlaşdırılmış film. “Sabahın xeyir”, kurs işi, 7 dəq., 2011-ci il, danışıqsız/nitqsiz (“lal”) etüd. “Dünya üçün görünməz göz yaşları”, diplom işi, 11 dəq., 2012-ci il, A.P.Çexovun “Dünya üçün görünməz göz yaşları” hekayəsi əsasında ekranlaşdırılmış film


Film rus dilində nümayiş etdiriləcək


Tarix: 27 oktyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir