Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU MARİYA İBRAHİMOVANIN TANRIYA MƏKTUB FİLMİNİN NÜMAYİŞİ

20 Okt 15

YARAT Müasir İncəsənət Məkanı Film Klub 20 oktyabr 2015-ci il tarixdə Azərbaycan rejisseru Mariya İbrahimovanın "Tanrıya məktub" adlı filmi təqdim edir.


Tanrıya məktub / 2014 / Azərbaycan / 17 dəq. / Drama / Rəngli


“Tanrıya məktub” – inanc və ya dindən asılı olmayan inamın gücü barədə bəhs edən filmdir. Bir tənha dul kişi ölmək üzrə olduğunu öyrənir və bir neçə sirli qarşılaşmalardan sonra ağlına gələn tək şeyi etmək qərarına gəlir – tanrıya məktub yazmaq.


Mariya İbrahimova Mükafata layiq görülmüş kinorejissor Mariya İbrahimova “Miss QULAQ” adlı ilk filmini – sənədli film sahəsində debütünü Sundance İnstitutu və Ford Fondunun dəstəyi ilə çəkmişdir. Filmin premyerası Berlin Beynəlxalq Kinofestivalında baş tutmuş və film dünyanın 40-dan çox beynəlxalq festivalında iştirak etmişdir. Sonra film BBC, həmçinin Avropa və ABŞ-ın bir çox televiziya kanallarında nümayiş etdirilmiş, iTunes-da yerləşdirilmişdir.

Mariya Azərbaycanda minalanmış ərazilərlə bağlı sənədli filminin çəkilişlərini davam etdirmək üçün “Fulbright” proqramının qrantını alır. Bu işlə yanaşı o, bir neçə sənədli film və TV layihələri, o cümlədən “Amazing Race” (Valehedici Yarış), “Build it Bigger” (Daha böyük tik) TV proqramlarının seriyaları üzərində işləmiş, həmçinin bir sıra musiqi və turizm videolarını tamamlamışdır.

Bu yaxınlarda Mariya qısametrajlı film sahəsində debütünü “Tanrıya məktub” adlı filmini ərsəyə gətirdi. Bu film Vaşinqtonda “DCShorts” kinofestivalında “Tamaşaçı rəğbəti mükafatı”nı qazandı.


Film rus və Azərbaycan dillərində (ingilis dilində alt yazıları ilə) nümayiş etdiriləcək


Tarix: 20 oktyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir