Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU RİÇARD ROBBİNSİN QIZLARIN YÜKSƏLİŞİ FİLMİNİN NÜMAYİŞİ

13 Okt 15

YARAT Müasir İncəsənət Məkanı Film Klub 13 oktyabr 2015-ci il tarixdə ABŞ rejisseru Riçard Robbinsin təqdim edir.

Qızların Yüksəlişi / 2013 / ABŞ / 101 dəq / Dokumental / Rəngli

Akademiya Mükafatının nominantı olan rejissor Riçard Robbins “Qızların Yüksəlişi” (Girl Rising) adlı filmində 9 ölkənin 9 qeyri-adi qızı haqqında 9 görkəmli yazıçının hekayələrini 9 məşhur aktrisanın ifası ilə təqdim edir. Qismətlərinə məcburi ərə verilmə, uşaq köləliyi və sair ürəkağrıdan ədalətsizliklər düşsə də, bu qoçaq qızlar bütün çətinliklərə ümid və inadla sinə gərirlər. İnsan ruhunun qüdrətini nümayiş etdirən bu əhvalat bariz şəkildə onu göstərir ki, təhsilin gücü ilə bu dünya mütləq dəyişəcək. 


Riçard E. Robbins amerikalı rejissor və sənədli kino müəllifi, ABC və PBS üçün çəkdiyi bir sıra sənədli filmin rejissoru və prodüseri olmuşdur. Bunların arasında ən çox “Evə qayıdış əməliyyatı: müharibə təcrübəsi haqqında yazılar” (Operation Homecoming: Writing the Wartime Experience) filmini qeyd etmək lazımdır. Həmin film Amerika əsgərlərinin İraqda xidmətini bitirib evə qayıtmaq kimi gələcək zərurətdən bəhs edir. Bu filmə görə Robbins 2008-ci ilin yanvarında Akademiya Mükafatının və iki dəfə “Emmi” mükafatının nominantı adını qazanmışdı, Beynəlxalq Sənədli Kino Assosiasiyasının və Amerika Rejissorlar Gildiyasının mükafatları ilə təltif olunmuşdu. Robins, həmçinin, tanınmış prodüserdir, “Peter Jennings Reporting” seriyalının bir neçə seriyasına prodüserlik edib.


“Qızların Yüksəlişi” filmin nümayişi ABŞ səfirliyi tərəfindən təşkil olunmuşdu.


Film ingiliscə nümayiş etdiriləcək


0 +


Tarix: 13 oktyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir