Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU DARYA XLESTKİNANIN 'AXIRINCI LİMUZİN' FİLMİNİN NÜMAYİŞİ

15 Sen 15

YARAT Müasir İncəsənət Məkanı 15 sentyabr 2015-ci il tarixində Darya Xlestkinanın rejissorluq etdiyi "Sonuncu limuzin" dokumental filminin nümayişinə dəvət edir. Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilir və sual-cavab sessiyası ilə davam edəcək.


SONUNCU LIMUZİN / 2013 / RUSİYA / 74.00 dəq. / dokumental / rəngli


Təsəvvür edin ki, nə zamansa sizin gördüyünüz iş, istehsal etdiyiniz məhsul indi heç kimə lazım deyil. Süqutdan 20 il sonra Moskva avtomobil zavodu Müdafiə Nazirliyindən Qırmızı Meydanda keçiriləcək Qələbə Paradı üçün 3 ZİL klassik kabriolet hazırlamağa sifariş alır. Nəyə qadir olduqlarını sübut etmək üçün zavodun rəhbəri və heyəti canfəşanlıqla işə başlayırlar.

"Sonuncu limuzin" filmi Rusiya “Dəfnə budağı” Milli mükafatının laureatıdır, “Artdokfest” festivalının  “Ən yaxşı tammetrajlı film” və "Docudays UA" (Kiyev) Beynəlxalq Kino festivalının “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb, A. Tarkovski adına “Ayna” Beynəlxalq Kino festivalında xüsusi mükafat, Minsk “Listopad” Beynəlxalq Kino festivalında bir sıra mükafatlar qazanıb və İsveçrə keçirilən “KİNO. Rusiyadan filmlər və ondan başqa” festivalında “Ən yaxşı sənədli film” nominasiyasında Qran-pri mükafatına layiq görülüb.


Darya Xlestkina – 1973-cü ildə Moskva şəhərində anadan olub. 1997-ci ildə Moskva Dövlət Dilçilik Universitetinin fransız dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Bir zaman tərcüməçi işləyib (fransız dilindən rus dilinə 6 kitab üzərində çalışıb), sonralar İtaliyada foto sənəti üzrə təhsil alıb. Moskvaya qayıdaraq "Action!" kino jurnalında icmalçı, kino və televiziya sahələrində PR menecer, sənədli və bədii filmlərin xətti prodüseri və icraçı prodüseri vəzifələrində çalışıb. 2009-cu ildə Ali Jurnalistika Məktəbi nəzdində Marina Razbejkinanın “Real zaman 4” emalatxanasını sənədli film rejissoru üzrə bitirib.


Film Rus dilində nümayiş olunacaq


16 +


Tarix: 15 sentyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir