Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBUNDA SERQEY PİKALOVUN SONUNCU:>/em> FİLMİNİN NÜMAYİŞİ

08 Sen 15

Sonuncu / 2014 / Azərbaycan, Rusiya / 15 dəq. / dram / rəngli

YARAT Müasir İncəsənət Mərkəzi Sizləri rejissor Sergey Pikalovun “Sonuncu” (“The Last One”) adlı qısametrajlı bədii filminin nümayişinə dəvət etməkdən məmnundur. 
Kann Film Festivalının tarixində ilk dəfə olaraq Azərbaycan bu filmlə qısametrajlı film müsabiqəsi proqramında iştirak etmişdi. 


“Sonuncu” dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı haqqında çəkilmiş qısametrajlı bədii filmdir. Qoca hamının sonunu görmüşdü. Dostları, həyat yoldaşı, uşaqları artıq həyatda yox idilər. Lakin o, tənha deyildi... 


“Sonuncu” filmi London Şəhər Film Festivalında “Tamaşaçı rəğbəti” mükafatına, İzmir Beynəlxalq Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülmüş və COURTS DEVANT Fransa Beynəlxalq Film Festivalında “Gənc Münsiflər heyəti mükafatı”nın qalibi olmuşdur. San Paolo Beynəlxalq Film Festivalında isə o, SESc TV tərəfindən 2014-cü ilin “Ən yaxşı debüt filmi” mükafatına layiq görülmüşdür.


Serqey Pikalov Yaroslavl Dövlət Teatr İnstitutunu bitirmişdir. “Xoşbəxtlik gözəllikdə deyil” (“Не родись красивой”) məşhur seriyalın rejissorlarından biri idi. Aktyor Vladimir Vdoviçenkovun çəkildiyi “Deyingən qadın” (“Мымра”) bədii filminin və “Kapitan Ryuminin şəxsi işi” (Личное дело капитана Рюмина) seriyalının quruluşçu rejissorudur. O, bu yaxınlarda Rusiyanın Birinci Kanalının layihəsi olan, baş rollarda Marat Başarov və Viktoriya Tolstoqanovanın çəkildiyi “İkinci Nəfəs” (“Второе дыхание”) seriyalı üzərində işləri başa çatdırmışdır.


Film Azərbaycan dilində nümayiş olunacaq.


12 +


Tarix: 8 sentyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir