Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU ELMAR İMANOVUN TABUTÇUNUN YELLƏNCƏYİ: FİLMİN NÜMAYİŞİ

04 Avq 15

YARAT Müasir İncəsənət Mərkəzi “Tabutçunun yellənсəyi” filminin nümayişini təqdim edir. Filmin ssenari müəllifi və rejissoru Elmar İmanovdur. Filmin nümayişi YARAT Kino Klubunun fəaliyyəti çərçivəsində təşkil olunur. Kino Klubun qarşısında duran məqsəd – müasir incəsənəti nümunələri olan video və kino filmlərinin nümayişi və müzakirəsi üçün qeyri-formal görüş yeri təmin etməkdir.

Azərbaycan. Yaqub həddi-buluğa çatmış oğlu Musa ilə tənhalıqda yerləşən balaca bir evdə yaşayırlar. Evləri dünyadan, sanki, qopub ayrı düşdüyü kimi, özləri də tənha həyat sürülər. Musa ruhi xəstədir, müəyyən fiziki hərəkət məhdudiyyətləri də vardır, ancaq yenə də atasının işində ona köməkçi olur. Yaqub bir xarratdır, çörək pulunu özəlliklə tabut düzəltməklə qazanır. Tabutları gürcü və rusların ehtiyacına görə düzəldir. Oğlu hər dəfə acizlik nümayiş etdirəndə, Yaqub, bir qayda olaraq, ona qəzəblənir – vurub-döyür onu. Günlərin bir günü isə tibbi müayinədə aşkarlanır ki, Musanın xəstəliyi ölümcül mərhələyə keçib. Bundan agah olan atası, sanki, keyiyir, sonra isə onun Musaya qarşı münasibəti yavaş-yavaş yumşalır: o, oğlunun son günlərini mümkün qədər ürəkaçan etməyə çalışır – ta Sabirin qəribə bir xəbər gətirdiyinə qədər...


Elmar Imanov. Yazıcı / Rejissor  Elmar  İmanov  1985-ci ildə Azərbaycanın paytaxtı Bakıda anadan olub.  1998-ci ildən etibarən Almaniyanın Köln şəhərində yaşayır, rejissorluğu da elə orda, IFS-də (Beynəlxalq Film Məktəbi)  oxuyub. Diplom işi olan “Tabutçunun yelləncəyi” (2012) filmi 100-dən artıq kinofestivalda təqdim olunub və dünya üzrə 35 mükafat qazanıb, o cümlədən Amerika kinoakademiyasının gənc kinematoqrafçılar üçün mükafatını (“Tələbə Oskarı”). Ondan sonra çəkdiyi qısametrajlı “Ayrılıqda” (TORN, 2014) filminin ilk nümayişi Kann kinofestivalının “Rejissorlar ikihəftəliyi” (Directors’ Fortnight) proqramı çərçivəsində keçirilib. Hər iki filmin prodüseri olan Eva Blondia ilə birlikdə COLOR OF MAY kinostudiyasını təsis edib.


Film Azərbaycan dilində nümayiş etdiriləcək


+ 12


4 avqust 2015

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Çoxtəyinatlı zal)

Bayıl, Səbayıl rayonu, 

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir