Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: İSMAYIL SƏFƏRƏLİ TƏKBƏTƏK FİLMİN NÜMAYİŞİ

28 İyl 15

YARAT Müasir İncəsənət Mərkəzi “Təkbətək” filminin nümayişini təqdim edir. Filmin ssenari müəllifi və rejissoru İsmayıl Səfərəlidir. Filmin nümayişi YARAT Kino Klubunun fəaliyyəti çərçivəsində təşkil olunur. Kino Klubun qarşısında duran məqsəd – müasir incəsənəti nümunələri olan video və kino filmlərinin nümayişi və müzakirəsi üçün qeyri-formal görüş yeri təmin etməkdir.


Ağali 12-yaşlı bir oğlandır, anası ilə Azərbaycanın şimalında, ucqar bir kənddə yaşayırlar. Anası ilə onun arasındakı münasibətlər xeyli soyuqdur. Ağalinin yeganə dostu – əmioğlusu Fərruxdur. Onlar həqiqətən canbir yoldaşlıq edirlər. Oğlanların həyatını tamamən boş və darıxdırıcı olmağa qoymayan bir şey varsa, o da futboldur. Ətraf mənzərənin kasadlığı və kobudluğu buradakı həyatın rəngsiz bir axın olduğunu bir az da vurğulayır. Fərruxdan fərqli olaraq, Ağalinin dərs oxumaqdan zəhləsi gedir və o, öz planlarını məktəbi bitirməklə əsla bağlamır – o, super-futbolçu olacaq, lap pərəstiş etdiyi portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo kimi! Ağali bir-birinin, sanki, təkrarı olan günlər keçirir. Onun yarı-yatmış, yarı-xəyallara dalmış halda yaşadığı günlərin içində gerçək həyata qayıdış, oyanış məqamları yalnız bir şeylə bağlıdır: məktəbə gedərkən və məktəbdən qayıdarkən Fərruxla futbol oynamağı ilə. İmtahan vaxtı gələndə isə vəziyyət dəyişir: Ağali dərk edir ki, imtahanı elə-belə verə bilməyəcək, bunun üçün bir tədbir görməlidir, odur ki, Fərruxun anasının müəllimə olması Ağalinin gözündə birdən böyük əhəmiyyət kəsb etməyə başlayır...


İsmayıl Səfərəli 1978-ci ilin aprel ayında Azərbaycanın paytaxtı Bakıda anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirərək diplomatiya üzrə bakalavr dərəcəsini qazanmışdır. Ondan sonra Duke Universitetinin (Durham, Şimali Karolina ştatı, ABŞ) magistraturasını bitirib iqtisadiyyat üzrə magistr dərəcəsini qazanmışdır. Bankçılıq sahəsində uğurlu karyera qurduqdan sonra, İsmayıl 2013-cü ilin sentyabrından etibarən kinorejissor fəaliyyətinə keçdi. O, Moskva Yeni Kino Məktəbinin (MSNC) məzunudur – 2015-ci ildə Dmitri Mamulia və Bakur Bakuradzenin kinorejissorlar laboratoriyasını bitirib.


Film ləzgi dilində nümayiş etdiriləcək, rusca altyazıları olacaq.


28 iyul 2015-ci il

Saat 19:00-da

YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir