Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBDA: LEVAN KOQUAŞVİLİ ‘KORTƏBİİ GÖRÜŞLƏR’ FİLMİN NÜMAYİŞİ

14 İyl 15

YARAT Müasir İncəsənət Məkanı Film Klubu “Kortəbii görüşlər” filminin nümayişini təqdim edir. Tədbir qeyri-formal görüş və müzakirələr formasında keçiriləcək. Görüş iştirakçılarına “Kortəbii görüşlər” filmi (2014, 93 dəqiqə) nümayiş etdiriləcək. Filmin ssenari müəllifi və rejissoru Levan Koquaşvilidir (Gürcüstan).


KORTƏBİİ GÖRÜŞLƏR (BLIND DATES) / 2013 / Gürcüstan

95 min / Drama / Rəngli

Yaşı qırxı ötmüş Sandro hələ də valideynləri ilə birlikdə, ata evində yaşayır. O da, onun ən yaxın dostu da qadınlara görüş təyin edir, görüşürlər, ancaq əsl məhəbbət axtarışları uğursuz olur. Gürcüstanlı rejissor Levan Koquaşvilinin bu filmi ümidsiz subaylıq içində, daim əsl həyat yoldaşı axtarışında həyatını keçirən baş qəhrəmanın halına acıyan tragikomediyadır. 


Gürcüstanda, Toronto Beynəlxalq Kinofestivalında, Zaqreb Beynəlxalq Kinofestivalında (“Ən yaxşı bədii film” nominasiyasında) və bir sıra başqa tədbirlərdə mükafat qazanmışdır.


Levan Koquaşvili Tbilisidə anadan olub, Ş.Rustaveli adına universitetdə oxuyub. Gürcüstanda müharibə  başlayanda o, reportyor olub, yerli müstəqil TV kanallarının birində redaktor vəzifəsində çalışıb. Sonra Moskvaya köçüb, orada VGİK-i (Rusiya Dövlət Kino Akademiyasını) bitirib. Vətənə qayıtdıqdan sonra reklam sahəsində işləməklə yanaşı, qısametrajlı və sənədli filmlər çəkib. 2002-ci ildə Nyu-York Universitetində kinorejissorluq üzrə təhsilini davam etdirmişdir. 2008-ci ildə onun çəkdiyi “Gürcüstanlı qadınlar” adlı sənədli film Batumidə Margaret Mead’s Kinofestivalında nümayiş etdirilmişdir. “Küçə günləri” adlanan ilk bədii filmi 2010-cu ildə ekranlara çıxdı. Çəkdiyi ikinci bədii filmində də Levan Koquaşvili Gürcüstan kinosunun ən yaxşı ənənələrinə sadiq qalmışdı.


Film gürcü dilində nümayiş etdiriləcək, ingilis dilində altyazıları olacaq


+ 12


14 iyul, 2015

Saat 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: 012 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir