Aprel 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YARAT FİLM KLUB: DENİZ ÜSTER 'ARXADAKI ÖNDƏDİR' FİLMİ 3-CÜ BAKI PABLİK ART FESTİVALI

11 Avq 15

YARAT Müasir İncəsənət Məkanı Film Klubu 11 avqust 2015-ci il tarixində YAY Qalereyası açıq havada kinoteatrda Deniz Üsterin 'Arxadakı öndədir' adlı filmin nümayişinə dəvət edir. Filmin nümayişi “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur.

İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin nümayişi keçiriləcək.


ARXADAKI ÖNDƏDİR (BEYOND IS BEFORE) / 2013 / BƏƏ

48.02 dəq / HD video / rəngli


Arxadakı öndədir filmi Dubayda, Nad əl-Şebada ekranlaşdırılıb. Filmdə paralel keçmişdən olan donmuş soyuq Dubayın qumlardan çıxarıldığı - apokalipsisdən sonrakı gələcək həyatdan bəhs edilir. Baş qəhrəman apokalipsisdən sağ çıxmış və pişik balası ilə birlikdə səyahət edən tənha pakistanlıdır. Bu gələcəkdə nə su, nə də neft var. Xoşbəxtlikdən səhrada bitən çəhrayı rəngli məsaməli bitkinin şirəsi həm maye, həm də yanacaq kimi istifadə oluna bilər. Yemək üçün səhrada balıq-bitki tapmaq da olar.


1981-ci ildə İstanbulda dünyaya gəlmiş Deniz Üster Mimar Sinan Təsviri İncəsənət Universitetində bakalavr dərəcəsi, Sabancı Universitetində vizual incəsənət və kommunikasiya dizaynı üzrə magistr dərəcəsi və Şotlandiyanın Qlazqo İncəsənət Məktəbində təsviri incəsənət üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə o, "Henkel Art Award" müsabiqəsində Türkiyəni təmsil etmək üçün seçilib. Üster incəsənət üzrə ali Avropa mükafatı (Sovereign European Art Prize) nominasiyasına layiq görülüb və mükafatın final siyahısına daxil edilib. O, 2012-ci ildə "Delfina Foundation", "Art Dubai", "Dubai Culture and Heritage" və "Tashkeel"in təşkil etdiyi üç aylıq rezidenturada iştirak edib. 2013-cü ildə Üster Dubayda "Farook Foundation"ın dəstəyi ilə film üzərində işə başladı, həmçinin "Glasgow Visual Artists Award", "Arts Trust Scotland" və "Seoul Art Space Geumcheon"un dəstəyi ilə Koreyanın paytaxtı Seul şəhərində keçirdiyi üç aylıq rezidenturada iştirak edib. Üster 2014-cü ildə "Turkish Cultural Foundation", "SAHA" və "Sirius Art Centre"in dəstəyi sayəsində həyat yoldaşı və yeni dünyaya gəlmiş qızı ilə birlikdə İrlandiyanın Kovda şəhərində rezidenturada oldu. Bu yaxınlarda o, Londondakı Müasir İncəsənət İnstitutunda "Arxadakı öndədir" adlı son filmi ekranlaşdırıb. Bundan öncə Deniz Üsterin Gurcim Yılmazla islam futurizmi haqqında sanki müştərək manifest olan təqdimatı baş tutub. Hazırda o, İstanbulda, Sabancı muzeyində "Birləşmə" (Reunion) adlanan şouda iştirak edir. Şou 2015-ci il iyulun sonunadək davam edəcək.

Üsterin əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib: Birləşmiş Krallıq, Cənubi Koreya, BƏƏ, Fransa, Almaniya, İtaliya, İrlandiya, Honkonq, Finlandiya və Türkiyə. O, hazırda Şotlandiyanın Qlazqo şəhərində yaşayıb-yaradır. Onun "Glasgow Sculpture Studios"da studiyası var. 


11 avqust 2015

Saat: 21:00 

Məkan: YAY Qalereyası, İçəri Şəhər, Kiçik Qala küç. 5

Əlaqə telefonu.: 012 505 1414

Giriş sərbəstdir


 

Yüklənir