Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: LARISSA SANSUR 'XALQ SƏRVƏTİ' FİLMİ 3-CÜ BAKI PABLİK ART FESTİVALI

10 İyl 15

YARAT Müasir İncəsənət Məkanı Film Klubu 10 iyul 2015-ci il tarixində Larissa Sansurun 'Xalq s' adlı filmin nümayişinə və rejissor ilə görüşə dəvət edir. Filmin nümayişi “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur.

İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin nümayişi keçiriləcək.


XALQ SƏRVƏTİ (NATION ESTATE) / 2013 / Fələstin, Danimarka

9 dəq. / sci-fi / Rəngli

Filmin qısa məzmunu: Qısametrajlı elmi-fantastik film Orta Şərqdəki çıxılmaz vəziyyətə utopik və paralel olaraq yumoristik səpkidə nəzər salır. Kompüterin köməyi ilə yaradılan obrazlar, canlı aktyorlar və ərəb elektronika musiqisinin sintez olunduğu “Xalq sərvəti” Fələstin dövlətçiliyinin vertikal həllini araşdırır. Sansurun filmində Fələstin dövləti tək göydələn formasındadır. Bu göydələn xalq sərvətidir. Axır ki, yüksək həyat səviyyəsinə nail olmuş Fələstin xalqı nəhəng göydələndə yaşayır.  

Hər şəhər bir mərtəbədə yerləşir. Yerusəlim 13-cü, Ramallah 14-cü, Sansurun doğma şəhəri Betlehəm 21-ci mərtəbədədir və sair. Əvvəllər nəzarət-buraxılış məntəqələrindən keçən şəhərlərarası nəqliyyat indi liftlə əvəz olunur. Hər mərtəbənin vestibülü şəhərin meydan və görməli yerlərini xatırladaraq mənsubluq hissi yaratmağa çalışır. 

Hekayəni əsas qəhrəmanın dilindən eşidirik. Bu rolu Sansur özü oynayır. O futuristik milli geyimdə xarici ölkəyə səfərdən evə qayıdarkən beynəlxalq ictimaiyyətin icazə verdiyi və inşasını maliyyələşdirdiyi nəhəng binanın vestibülündən keçir. Təhlükəsizlik məntəqələrindən keçərək liftlə Betlehəm mərtəbəsinə çıxır və mənzilə gedən yolunu Axur Meydanı və Milad Kilsəsindən salır. Evə çatandan sonra bir boşqab elmi-fantastik tabule hazırlayır. 


XALQ SƏRVƏTİ (NATION ESTATE) mükafatlar: Ecumenical Münsif Mükafatı - 2013 Oberhausen Beynəlxalq Qısa Film Festivalı; Rotterdam Beynəlxalq Film Festivalı 2013; Tənqidçilər Münsiflər heyətinin Ən Yaxşı Qısa Film - Ərəb Cinemas Marsel 2013 Beynəlxalq Festivalı; Beynəlxalq Şərq Film Festivalı Geneva 2013; Buxarest Beynəlxalq Eksperimental Film Festivalı 2013


Fələstinli rejissor Larissa Sansur Şərqi Yerusəlimdə doğulub. Onun işləri cari siyasi vəziyyəti ehtiva edir və tamaşaçıya video, foto, instalyasiya, kitab və internet vasitəsilə çatdırılır. Bir yerə mənsub olmaqla yanaşı, eyni zamanda həmin yerdən uzaqlaşdırılma ikitirəliyi Sansurun işinin əsas qayəsini təşkil edir. Cari siyasi reallıqları göstərmək üçün o, rəvayətin bədii formasını seçir. Elmi fantastikadan italyan vesternədək müxtəlif janrlardan bəhrələnən möhtəşəm yumoristik əsərləri Orta Şərqdəki vəziyyəti şərh edən işlərdən gözlənilən ciddiliklə uyuşmur.  

Sansurun son fərdi sərgiləri: Galerie Anne de Villepoix qalereyasında (Paris), Kopenhagen Foto Mərkəzində, Stokholm Mədəniyyət Evində, Depo Mədəniyyət Mərkəzi (İstanbul) və Jack the Pelican qalereyasında (Nyu-York).  

Sansurun işləri İstanbul və Liverpul biennalelərində nümayiş olunub.  Bundan savayı onun işləri Londonun Tate Modern qalereyasında, Nyu-Yorkun Bruklin Muzeyində, Parisin Pompidu Mərkəzində, Yerusəlimin Əl-Hoaş qalereyasında, Madrid Kraliça Sofiya Muzeyində, Berlin Dünya Mədəniyyətləri Evində və Hiroşimadakı Müasir İncəsənət Muzeyində sərgilənib.


10 iyul, 2015

Saat 19.30

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı yaxınlığında)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir