Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: VAHİD VAKİLİFAR 'TABUR' FİLMİ 3-CÜ BAKI PABLİK ART FESTİVALI

03 İyl 15

YARAT Müasir İncəsənət Məkanı Film Klubu 3 iyul 2015-ci il tarixində Vahid Vakilifarın 'Tabur' adlı filmin nümayişinə dəvət edir. Filmin nümayişi “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur.

İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin nümayişi keçiriləcək.


TABUR (TABOOR) / 2012 / Iran

84 dəq. / bədii / rəngli

Film aşağıdakı mükafatlara layiq görülüb: “Münsiflər heyətinin xüsusi xatırlatması” | 53-cü Beynəlxalq Kino Festivalı, Saloniki, Yunanıstan; “Münsiflər heyətinin mükafatı” | 12-ci Mərakeş Beynəlxalq Kino Festivalı, Mərakeş; “Tənqidçilər mükafatı” | 15-ci Asiya film festivalı, Dovil, Fransa; “Gecə mükafatı” | 11-ci beynəlxalq "Signes de Nuit" festivalı,  Paris, Fransa (Bu mükafat ikimənalılıq və mürəkkəblik arasında tarazlığı tapmağa müvəffəq olanlara verilir)


Filmin qısa məzmunu: Bir nəfər yayılan elektromaqnit dalğalarından yaranan gündəlik istiləşmədən hiperhəssas dərisini qorumağın hayındadır. Bunun üçün o, alüminiumdan hazırladığı kombinezonun üstündən üst-üstə çoxlu paltar geyinir.  Taqətsiz olmağına baxmayaraq hər axşam motosikletinə minib, müştəriləri ilə görüşə gedir. Onun məqsədi tarakan yuvalarını dağıtmaqdır. Hər dəfə işdən sonra meqapolisin ətraf küçələrini dolaşaraq şəhərin qara burulğanına düşür. Bu zaman vaxt dayanır və günün səs-küyü arxada qalır. Səhərin açılmasını gözləyərkən o, gecənin gizli qaranlıqları ilə üz-üzə gəlir.


Vahid Vakilifar 1981-ci ildə İranın Kirmanşah şəhərində doğulub. Tehran Süre Universitetində rejissorluq ixtisası üzrə magistr dərəcəsi alıb.  Bir neçə bədii filmin rejissor köməkçisi və səs rejissoru qismində çalışıb.


Film fars dilində nümayiş etdiriləcək, ingiliscə altyazıları olacaq.


3 iyul, 2015

Saat: 19.30

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı yaxınlığında)

Əlaqə telefonu: 012 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir